Müharibə həyatları necə dəyişir? Bölünmüş şəhərlər ümidləri necə məhv edir? Xoşbəxtlik hansı xatirələr içində azıb? Yoxsulluğu uniforma ilə gizlətmək olurmu? Və bananlar böyüyərkən səs çıxarırmı? Hara məxsus olduğunu anlamağa çalışan Dəniz, öz cinsi kimliyini sorğulayarkən Filipinaya aşiq olan Maruan, Hizbullah aşiqi erməni qız, məktubları ilə Şatila düşərgəsindəki həyatı, müharibənin iç üzünü, sevgisini ifadə edən Həmzə Yaxın Şərqin lənətini göstərməyə yetərdimi? Banan səslərini yazmaq üçün doqquz ay Beyrutda yaşamaq kifayət idimi? Səhifə sayı - 304 978-9952-36-520-7 Cild - Yumşaq
SizinKitab
Eşqin kimyası - Muriel Maufroy
Əsas qiymət
7.00₼
/
Eşqin kimyası - Muriel Maufroy - SizinKitab
Kitab haqqında
Fransız yazıçısı Müriel Maufroyun bu romanı həmişə səmimiyyəti və bədii keyfiyyətilə seçiləcək. Şəms Təbrizini ilahi eşqlə sevən Kimya xatunun qısa, ancaq bənzərsiz ömründə baş verənləri oxuculara bundan yaxşı çatdırmaq, yəqin ki, mümkün deyil. Bu roman Şəms Təbrizinin, Mövlananın və Kimya xatunun dünyasına insanı riqqətləndirən mistik səfərdi. Səhifə sayı - 272 978-9952-26-492-0 Cild - Yumşaq
SizinKitab
Möhtəşəm Qetsbi - Frensis Skott Fitscerald
Əsas qiymət
4.90₼
/
Möhtəşəm Qetsbi - Frensis Skott Fitscerald - SizinKitab
Kitab haqqında
Möhtəşəm Qetsbi» romanı Amerika ədəbiyyatındakı «Caz Əsri» adlandırılan dövrün ən məşhur və tipik əsərlərindən sayılır. Hadisələr XX yüzilliyin 20-ci illərində Lonq-Aylenddə və Nyu-Yorkda cərəyan edir. Bəllidir ki, Birinci Dünya müharibəsindən sonra Amerika misilsiz iqtisadi çiçəklənmə dövrünü yaşayırdı. Eyni zamanda, spirtli içkilərə qoyulmuş qadağa bir çox butlegerləri milyonçular cərgəsinə çıxarıb, mütəşəkkil cinayətkarlıq üçün geniş imkanlar açırdı. Romanda varlılara və onların eyş-işrətinə dəbdəbəsinə öz heyranlığını gizlətməyən Fitscerald, həm də qeyri-məhdud materializmi, amerikan mənəviyyatını, o cümlədən insan təbiətinə xas olan laqeydlik və biganəliyi məzəmmətləyir. Frensis Skott Fitscerald müasirlərinin şüurunda təkcə yazıçı kimi deyil, həm də öz dövrünü təcəssüm etdirən canlı əfsanə kimi qalmışdır. O, ötən əsrin 20-ci illərində amerikan gəncliyinin pərəstişgahı idi, gənclər ona öz dünya duyumlarının parlaq ifadəçisi kimi baxırdı. Ona bəslənən bu rəğbət indinin özünəcən yaşayır və hətta bugünkü Amerika ədəbi tənqidi onu «Caz Əsrinin» tərənnümçüsü saymaqda bu gün də israrlıdır. Artıq heç bir şübhə yoxdur ki, F.S.Fitsceraldın yaradıcılığı Ş.Andersonun, E.Heminqueyin, T.Vulfun əsərləriylə bərabər, amerikan düşüncə tərzinin böyük bir dövrünü özündə əks etdirir və yüksək estetik dəyər baxımından olduqca əhəmiyyətlidir. Tərcüməçi - Nadir Qocabəyli 9789952265217 Səhifə sayı - 184
SizinKitab
Salam Kədər - Fransuaza Saqan
Əsas qiymət
4.00₼
/
Salam Kədər - Fransuaza Saqan - SizinKitab
Kitab haqqında
‘Salam kədər” Fransız yazıçısı Fransuaza Saqanın (1935-2004) 19 yaşında yazdığı ilk əsərdi. Əsər dərc olunan kimi müəllifə böyük şöhrət qazandırıb. Milyonlarla tirajla satılıb, onlarla dilə tərcümə edilib. Anasını erkən itirmiş Sesil uzun müddət monastırda yaşayandan sonra atasının yanına qayıdır. Romanda həyatdan hərtərəfli zövq almağa çalışan bu yeniyetmə qızın hiss və həyəcanları, daxili dünyası, atası və atasının əhatəsində olan qadınlarla o qədər də sadə olmayan münasibətləri təsvir olunub. Tərcüməçi - Aygün Aslanova 978-9952-26-508-8 Səhifə sayı - 120
SizinKitab
Əcnəbi qadın - Sergey Dovlatov
Əsas qiymət
4.00₼
/
Əcnəbi qadın - Sergey Dovlatov - SizinKitab
Kitab haqqında
“Əcnəbi qadın” romanı qeyri-adi yumorla yazılıb. Əsərin qəhrəmanı Marusya Sovet ittifaqında Kommunist Par-tiyasına sadiq bir ailədə doğulub. Təminatlı həyat onu sıxır. Sa-dəlövhlük onun yolunu Avropaya, oradan isə Nyu-Yorka aparıb çıxarır. Əsərdə Marusyanın timsalında sovetlərdən gedən mü-ha-cir-lə-rin həyatı təsvir olunur. “Əcnəbi qadın” əsərində bir cümlədə eyni hərflə başlayan iki söz yoxdur. Tərcümə edərkən müəllifin üslubu qorunub. Sovet mühacir-yazıçılarının “üçüncü” dalğasının nü-ma-yən-də-si, adı Azərbaycan oxucularına az-çox tanış olan Sergey Dovlatov 1941-ci ildə, ailəsinin evakuasiya edildiyi Ufada doğulub. Son-ralar yenidən Leninqrada qayıdıb. Filologiya fakültəsini bitirib. İlk hekayələrini yazan gündən “dissident” sayılıb. Sovet ədə-biyyat jurnallarında çap olunmaq cəhdləri baş tutmayıb. İlk kitabının yığımı DTK-nın sərəncamı ilə məhv edilib. Çörək pulunu jurnalistikadan “çıxarıb”. 1976-cı ildə bir sıra hekayələri Qərbdə, “Kontinent”, “Zaman və biz” jurnallarında çap olunub, buna görə SSRİ Jurnalistlər İtti-fa-qından xaric edilib. 1978-ci ildə Avstriyaya, sonra ABŞ-a mühacirət edib. Nyu-York-da yaşayıb, ilk vaxtlar qalmaqallı “Yeni amerikalı” qəzetin bu-raxıb. Səksəninci illərin ortalarında Amerika oxucuları arasında məşhurlaşa bilib, hekayələri dəfələrlə “mötəbər və nüfuzlu” “New Uorker” jurnalında çap olunub. Onu da deyək ki, rus yazıçılarından heç biri heç vaxt bu jurnala “yaxın buraxılmayıb”. Dovlatov istisna təşkil edir. 1990-cı ildə Nyu-Yorkda ürək çatışmazlığından vəfat edib. On iki illik mühacir həyatı ərzində Dovlatovun ABŞ və Avropada on iki kitabı nəşr edilib. Rusiyada onu “samizdat”a və radiodakı verilişlərinə əsasən tanıyırdılar. Hazırda Moskvada Dovlatovun çoxsaylı kitabları nəşr edilib, “Seçilmiş əsərlər”i buraxılıb. Biz, Azərbaycan oxucularını S.Dovlatovun hansı əsəri ilə tanış etmək barəsində düşünərkən müəyyən tərəddüddən sonra onun “Əcnəbi qadın” romanını seçdik. Bu vaxta qədər onun Azərbaycan dilində yalnız bir neçə heka-yəsi Natiq Səfərov tərəfindən tərcümə olunub Səhifə sayı - 128 9789952266641 Cild - Yumşaq
SizinKitab
Mən öldürürəm - Corco Faletti
Əsas qiymət
11.60₼
/
Mən öldürürəm - Corco Faletti - SizinKitab
Kitab haqqında
Bu əsər son onilliyin ən məşhur italyan romanıdır. Kitab dükanlarında görünəndən iki il sonra iki milyon yarım tirajla satılıb, digər dillərə tərcümə olunanda isə başlanğıc tirajı yüz min nüsxəni keçib. "Mən öldürürəm" romanında hər şey var – gərginlik və maraqlı süjet, kazino, "Formula- 1" yarışları, Şubertin, Tom Uaytsın musiqiləri, Monte-Karlonun təkrarolunmaz gözəl mənzərələri… Hadisələrin mərkəzində isə özgə üzlərinin kolleksiyasını toplayan müəmmalı gecə qatili dayanır. Baxış sayı - 1155 9789952266122 Endirim faizi - 30 %
SizinKitab
Kömək edin , bağışlayın - Frederik Beqbeder
Əsas qiymət
6.40₼
/
Kömək edin , bağışlayın - Frederik Beqbeder - SizinKitab
Kitab haqqında
Frederik Beqbeder, avropa ədəbiyyatı ulduzu, ”99 frank”, ”Məhəbbət üç il yaşayır.”, “Windows on the World”, “Romantik xudbin” kimi dünya bestsellerlərinin müəllifi, bu illər ərzində Rusiyaya etdiyi qalmaqallı səfərləri ilə məşhurlaşmışdır. Onun bu səfərləri hər iki paytaxtın gecə klublarında və dəbli barlarında yaşanan qızğın sərgüzəştləri ilə yadda qalıb. O öz yeni romanını da məhz Rusiya haqda yazmışdır. Bu romanın işıq üzü görməsi Fransada böyük qalmaqala səbəb olmuşdu. Beqbeder öz oxşarı, “99frank” romanının qəhrəmanı Oktav Povanqonu yenidən səhnəyə çıxarır. Bacarıqlı və arsız reklamçı bu dəfə Rusiyaya gəlir: o, dünya kosmetika sənayesinin nəhəngi üçün yeni “reklam siması” axtarır. Qar, gözəllər və kokain burağanında gicəllənən Oktav qəfildən, özü də hiss etmədən fədakarcasına aşiq olur. Ümüdsüz anlarında o, Müqəddəs İsa məbədindən olan tanış bir keşişə tövbə edir və eyni zamanda öz sərgüzəştlərini şərh edir. “Kömək edin, bağışlayın!” hadisələrin iç üzünü “rus” zəmnində açan roman-etiraf, dəb, qlamur və incə pozğunluq diktaturasına tabe olan bir dünya haqqında paradoksal, istehzalı bir mətn, bir də Turgeniyevsayağı və Beqbedersayağı məhəbbət haqqında bir xatirədir. Səhifə sayı - 240 9789952265019 Cild - Yumşaq
SizinKitab
99 frank - Frederik Beqbeder
Əsas qiymət
7.00₼
/
99 frank - Frederik Beqbeder - SizinKitab
Kitab haqqında
"99 frank” romanı reklam biznesinə acı satiradan ibarətdir. Reklam ticarətin, iqtisadiyyatın, istehlakın təkanverici qüvvəsidir. Bu qüvvənin məqsədi sizi ehtiyacınız olmayan, amma dəbdə olan şeylərin arzusuna salmaqdır. Ən əsası, minlərlə mənfəətpərəst insanları yalnız bir məqsəd – bu məhsulu sizə satmaq birləşdirir. Oktav məhşur reklam agentliklərinin birində mətn yazarı işləyir və dediyi kimi, dünyanı zibilləməklə məşğuldur. O, dünyanı yaradıcı şəkildə, zövqlə, böyük ustalıqla zibilləyir. Onun həyatı reklam yaradıcılığından, qlamurdan, kokain və qadınlardan ibarətdir. Onun gəliri istənilən şəxsin ən böyük arzusudur. Belə olan tərzdə həyatdan başqa nə istəyəsən? Bəs əsərin baş qəhrəmanı özünü xoşbəxt hiss edirmi? Şübhəsiz ki, “99 frank” romanı Frederik Beqbederin ən yaxşı romanlarından biridir. Əsər avtobioqrafik xarakter daşıyır, 2000-ci ildə kitab ilk dəfə işıq üzü görmüş və yazıçının işlədiyi məhşur reklam agentliyindən qovulması ilə nəticələnmişdi.
Tərcüməçi - Çimnaz Vəliyeva 9789952265057 Səhifə sayı - 308
SizinKitab
Cəmilə - Orxan Kamal
Əsas qiymət
5.49₼
/
Cəmilə - Orxan Kamal - SizinKitab
Kitab haqqında
Romandakı hadisələr 1934-cü il Adanasında yoxsul bir işçi məhəlləsində baş verir. Bu insanlar acından ölməmək üçün toxuculuq fabrikində ağır şərtlər altında işləməyə məcburdurlar. Cəmilə ağıllı, gözəlliyi ilə hamını heyran qoyan bir qızdı, qardaşıyla birlikdə bu fabrikdə çalışır. Ağır əmək Cəmiləgilin məhəlləsindəki insanların həyat eşqini zərrəcə azaltmır, onlar sevinclərini, kədərlərini birlikdə bölüşürlər. Fabrik sahibi və onun adamlarının hiyləsinə aldanan işçilər üsyana qalxırlar. Maraqlı hadisələr fonunda yazıçı Cəmilə ilə Katib Necatinin eşq hekayəsini şirin dillə təsvir edir. Tərcüməçi - Nizami Zöhrabi 9789952269413 Səhifə sayı - 200
SizinKitab
Qiyamət - Çingiz Aytmatov
Əsas qiymət
7.00₼
/
Qiyamət - Çingiz Aytmatov - SizinKitab
Kitab haqqında
Çingiz Aytmatov qəhrəmanlarının hər biri öz qəlbində Təbiətin bir parçasını yaşatmağa məhkumdur. Ədib «Qiyamət» adlı romanında daha irəli gedir və öz oxucusunu inandırır ki, Yer üzünün harasında olur olsun, bəşər övladının başına gələn bəlaların əsas səbəbi – elə insanın özü olmaqla yanaşı, onun Təbiətdən qoparılmağı, öz xoşuna, ya zor gücünə Təbiətdən ayrı düşməyidir… Baxış sayı - 1524 Yumşaq Endirim faizi - 30 %
SizinKitab
Yeni Qahirə- Nəcib Məhfuz
Əsas qiymət
5.99₼
/
Yeni Qahirə- Nəcib Məhfuz - SizinKitab
Kitab haqqında
Nəcib Məhfuzun “Qahirə romanları” silsiləsinə daxil olan “Yeni Qahirə” romanı təhsili yenicə başa vurmuş, gələcəyə ümid və həyacanla baxan dörd gəncin hekayəsidir. Dördü də istedadlıdır. Dördü də cəmiyyətin “orta təbəqəsi”-nə aiddir. Universiteti bitirən gənclər acı bir həqiqətlə üzləşirlər – nazirlikdə onların bilik və istedad baxımından layiq olduğu yerlər artıq tutulmuşdur… nazirin qohumları tərəfindən. Roman Misirdə gedən sosial-iqtisadi dəyişiklikləri, şəhərin yenidən tikilib dəyişilməsini deyil, yeni nəslin, yeni ictimai-fəlsəfi baxışların yaranmasını əks etdirir. Romanın baş qəhrəmanı Məhcub əl-Daim oxucu qarşısında heç bir mənəvi dəyərləri olmayan və yalnız özünü düşünən xudbin bir obraz kimi dayanır. Məhfuzaqədərki Misir nəsrində heç vaxt hamı tərəfindən qəbul olunmuş dəyərləri Məhcub qədər ələ salan, təhqir edən bir obraz olmamışdır. Özünə rəhbər tutduğu şüar isə onun əsl kimliyini göstərir: din+elm+fəlsəfə+mənəviyyat=cəfəngiyat! Müəllif romanda iblis libası geyinmiş Məhcub, onun sevdiyi qadın və mənəviyyatsız nazirlə yanaşı, Məmun Ridvan, Əli Taha, Əhməd Bədir kimi qəhrəmanları da verməklə cəmiyyətin, bəşəriyyətin, insani dəyərlərin hələ də məhv olmadığını göstərir. Səhifə sayı - 248 9789952268041 Cild - Yumşaq
SizinKitab
Məhəbbət üç il yaşayır - Frederik Beqbeder
Əsas qiymət
4.00₼
/
Məhəbbət üç il yaşayır - Frederik Beqbeder - SizinKitab
Kitab haqqında
Romanın baş qəhrəmanı kübar həyatdan yazan jurnalist Mark Marronyedir. O əmindir ki, məhəbbət üç il yaşayır: əvvəl insanlar bir-birini ehtirasla, sonra incə və dostcasına sevirlər- və nəhayət bir-birinə darıxdırıcı olurlar. Romanın birinci hissəsində təsvir olunan belə baxışların səbəbi ondan qaynaqlanır ki, görünür Mark heç zaman üç ildən artıq sevməmişdir. O, çox gözəl bir qız olan Anna ilə evlənir, lakin birgə həyatlarının üçüncü ilində Anna az qala ikrah hissi oyatmağa başlayır, o isə başqa bir qadına – Alisaya dəlicəsinə vurulur. Alisa da onu sevir, lakin başqası ilə yaşadığına görə Markla gizlində görüşür. O isə, öz növbəsində, tamamilə əmindir ki, məhəbbət üç ildən sonra bitəcək və ayrılacaqlar. Romanın sonunda baş qəhrəman yazır ki, Alisa ilə artıq üç ildir ki birlikdədirlər və o, birgə həyatlarının üçilliyini qorxu içində gözləsə də, məhəbbət əvvəlki kimi yaşayır.
Baxış sayı - 1290 9789952266436 Endirim faizi - 30 %
SizinKitab
Soyuq qəhvə - Əhməd Batman
Əsas qiymət
6.49₼
/
Soyuq qəhvə - Əhməd Batman - SizinKitab
Kitab haqqında
Gözlərin içimi isidəndə, küləyin qəhvəmi soyutması arzusuyla… Dünyanın ən yaxşı insanı sən deyilsən, ən yaxşı sən olsan da, fərqi yoxdur, ölümsüz deyilsən. Hamımız bir az əskikik. Kimdən nə qədər əskik olduğumuz, nəyə nə qədər gecikdiyimiz məlum deyil. Məlum olan bir şey var ki, hamımız ölməzdən qabaq başımızı qatırıq. Həyat kaset kimidir, başa yığırıq, çətinliyə düşən kimi gizlənirik. Başımızı qatanda kitabların qəhvəni soyutması və öz cümlələrini cibinə qoymağın arzusuyla, yaxşı yol… Səhifə sayı - 240 9789952362978 Cild - Yumşaq
SizinKitab
Alma - Enis Batur
Əsas qiymət
4.99₼
/
Alma - Enis Batur - SizinKitab Kitab haqqında
Hörgü texnikası əsasında bir roman təcrübəsi «Acı bilik – Çılpaq rəsm sənəti əsasında bir roman təcrübəsi»ndən sonra Enis Batur buna oxşar bir tərzdə «Alma»da qarşımıza çıxır. Hörgü texnikası əsasında bir roman təcrübəsi. Sağ və sol əlində mil, sağında və solunda fərqli yumaqlar olan yazıçı ilmə-ilmə irəliləyir. Qərb sənətinin qadağanlara zidd əsərlərindən biri – Kourbetin «Dünyanın başladığı yer» əsəri 1866-cı ildə Osmanlı kolleksiyaçısı tərəfindən rəssama sifariş verildiyi andan 1995-ci ildə Orsay Muzeyində ictimaiyyətə təqdim olunmasına qədər müxtəlif örtüklərin altında gizli saxlanmışdı. Ortaya çıxdığı zaman Qərbdə sənət tarixçiləri, tənqidçilər, roman yazanlar onun ətrafında sıxlaşdılar. Qərbin ən şərq nöqtəsində, olub-keçənlərə İstanbuldan baxan bir türk yazıçı tərs yöndən hörgünü söküb yenidən hörməyə qərar verdi. Bu kitab qabartma motiv olaraq Xəlil Şərif Paşanı seçən, onu həm Kourbetin əsərinə və alışılmayan bir yaradılış təfsirinə bağlayan, həm də «Özgəlik» statusunu eşələyən bir perspektivə söykənir. Tərcüməçi - Nizami Zöhrabi 130x200 Səhifə sayı - 152
SizinKitab
Məftun ( I Hərcayi ) - Sümeyye Koç
Əsas qiymət
11.99₼
/
Məftun ( I Hərcayi ) - Sümeyye Koç - SizinKitab
Kitab haqqında
Miran Karaman uşaqkən ailəsinin dağılmasına səbəb olan qətlin qisasını almaq üçün illər sonra doğma yurduna geri qayıdır. Qurduğu planın mükəmməlliyinə tamamilə əmin olduğundan bu oyundan kiminsə hali olacağını ağlına belə gətirmir. Lakin işlərin məcrası Miranın istəmədiyi şəkildə dəyişəcək, bir müddət sonra onun intiqam odu daha şiddətlə alovlanaraq öz ürəyini yandıracaq. İntiqam yanğısı eşqə çevrilərək həyatını kökündən dəyişəcək. Digər qəhrəmanımız – gənc qız Reyyan isə bütün bu fitnələrdən, oyunlardan xəbərsiz şəkildə həyatın qarşısına çıxartdığı taleyə boyun əyməyə məhkumdur. Miran Karamana saf məhəbbətlə bağlanan qız tezliklə acı həqiqətlə üzləşərək darmadağın olan dünyasının ağırlığı altında sevgi əzabıyla üzləşəcək. Lakin hadisələrin gedişinin hara aparıb çıxacağını kim deyə bilər? Kədər və sirlərlə dolu “Hərcayi” romanı oxucunu son səhifələrinə kimi özünə cəlb edərək intizarda saxlayacaq. Səhifə sayı - 424 9789952366952 Cild - Yumşaq
SizinKitab
Qara Süd - Elif Şafak
Əsas qiymət
7.40₼
/
Qara Süd - Elif Şafak - SizinKitab
Kitab haqqında
Yeni nəşr olunmuş roman ilk gördüyü varlığın anası olduğunu güman eləyən ördək balasına oxşayır. Gedir, gedir, mütləq onu sevən bir oxucu tapır. Ona yaxınlaşır. Artıq hər şey yaxşıdır. Kefi yerindədir. Onu “doğan” yazıçını arayıb-axtarmağa ehtiyac duymur. Kitabı sevə-sevə oxuyan oxucu da onu alıb həyatına daxil eləyir. Əsl ədəbiyyat oxucusu sevdiyi kitabı qoruyub saxlayır. Romanların anaları yazıçılar yox, oxuculardır. Elif Şafakın ilk avtobioqrafik əsəri olan “Qara süd” romanı analıq və yazıçılıq probleminin anatomiyasını heyrətamiz dəqiqliklə açır. Tərcüməçi - Nəriman Əbdülrəhmanlı 978-9952-26-723-5 Səhifə sayı - 356
SizinKitab
Rüsvayçılıq - Con Maksvell Kutzee
Əsas qiymət
7.00₼
/
Rüsvayçılıq - Con Maksvell Kutzee - SizinKitab
Kitab haqqında
Con Maksvell Kutzeenin «Rüsvayçılıq» romanının baş qəhrəmanı Devid Louri azadlığa doğru uzun bir yol gedir. O öz təbiətinin qəribəlikləri, bütün intellektuallara xas olan yaradıcılığa meyilliliyi ilə mübarizə aparmalı olur. Lakin Devid Louri bu yolu axıra qədər gedərək, bütün bəraətlərdən, ümidlərdən, axtarışlardan imtina edir. CAR-ın 1990-cı illərin sonuna təsadüf edən tarixindən silinmək mümkün olmasa da, tarixi təbiətlə bərabər tutmaq, onu həyatın bir hissəsi kimi qəbul etmək olar. Bu işdə Devidə qızı Lüsi kömək edir. Devid Louri öz rüsvayçılığını rasional düşüncə ilə dərk etməyə, bu və ya digər fikirlə əlaqələndirməyə çalışırsa, qızı ona, sadəcə, bu hadisə ilə barışıb yaşamağı öyrədir… Kutzee ikinci dəfə Buker mükafatına «Rüsvayçılıq» romanına görə layiq görüldü. Endirim faizi - 30 % Yumşaq Tərcüməçi - Ülkər Nəsibbəyli
SizinKitab
Tufan - Andre Morua
Əsas qiymət
4.99₼
/
Tufan - Andre Morua - SizinKitab
Kitab haqqında
New York. Birja. Fransız mənşəli qürbətçi Amerikada qazandıqlarının hamısını bir gündə itirir. Bundan xəbər tutan arvadı – rəhmsiz və təkəbbürlü qadın ərini dərhal tərk edir. İndi Jan Monyenin cəmi iki aya bəs edəcək 600 dolları qalıb. Bəs sonra necə olacaq? Onu hansı aqibət gözləyir? Bir gün o, məktublar arasında reklam məzmunlu bir naməyə rast gəlir. Məktubu yollayan şirkət qəribə bir fəaliyyətlə məşğuldur. Təklif çox gözlənilməz və inanılmazdır – şirkət insanların rahat şəkildə dünyadan köçməsini təmin edir. Həm də heç bir qanunu tapdamadan. Üstəlik, “su qiymətinə” – cəmi 300 dollara. Bu kitabda Andre Moruanın “Tonatos mehmanxanası”, “Fəslin çiçəkləri”, “Tufan” və digər hekayələri toplanıb. Hekayə janrının ustası olan Moruanın Jan Monyenin taleyindən bəhs edən hekayəsi kimi digər əsərləri də ilk sözündən son nöqtəsinədək oxucunu cazibəsində saxlayır. Tərcüməçi - Hamlet Qocayev 9789952269598 Səhifə sayı - 216
SizinKitab
İstanbul bir nağıldı - Mario Levi
Əsas qiymət
14.99₼
/
İstanbul bir nağıldı - Mario Levi - SizinKitab
Kitab haqqında
1920-1980-ci illərdə İstanbulda yaşayan Ventura ailəsinin həyatından bəhs edir. Nəslin hər bir üzvünün taleyinin simasında İstanbul həyatı, o dövrün ab-havası, milli azlıqların üzləşdiyi ayrı-seçkiliklər, yaşadıqları, yaşamaq məcburiyyətində qaldıqları qorxular müəllifin xüsusi dil üslubu, zəngin ədəbi dili ilə təsvir edilir. Kitab yazıçının ailənin yaxın dostu olan qəhrəmanı tərəfindən ayrı-ayrı hekayələr şəklində yazılır. Bu hekayələrdə bir nəfərin taleyindən bəhs edərkən bəzən onun həyatından keçmiş ikinci, hətta üçüncü şəxsin taleyinə keçir. Xəyal qırıqlıqları, ümidsizliklər, tənhalıq içində ölümü gözləyən insanlar bu hekayələrin əsas ortaq cəhətləridir. Böyük yanğını yaşamış, itkilərdən, ölümlərdən keçmiş ailənin üzvləri sürükləndikləri tənhalıq yollarında zaman-zaman “yəhudi talelərinə”, zaman-zaman bir-birlərinə, zaman-zaman da özlərinə, həyatda oynadıqları rola sığınırlar. Ailə sərhədlərini keçə bilməyənlərin sığınmaları, öz yolunu cızmaq üçün İstanbul divarlarını aşanların yaşadığı tənhalıqlar, Nədiminsə “həbs düşərgələri”ndən gələn xəbərləri həyatın ağırlığını insana dərindən hiss etdirir. Tərcüməçi - Aygül Pəncəliyeva 9789952363296 Səhifə sayı - 656
SizinKitab
Qar - Orhan Pamuk
Əsas qiymət
10.99₼
/
Qar - Orhan Pamuk - SizinKitab
Kitab haqqında
Orxan Pamuk “Qar” romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-cü ildə ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdı. On iki ildir Almaniyada sürgün həyatı yaşayan şair Ka Türkiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə gedər. Ağır-ağır, həzin-həzin yağan qarın altında bu şəhəri qarış-qarış gəzərək Qars sakinləriylə yaxından tanış olur. Qarsda ağzına qədər işsizlərlə dolu çayxanalar, qastrola gələn səyyah teatr qrupu, intihar edən, hicab müqaviməti göstərən qızlar, müxtəlif siyasi qruplar, şayiələr, “Qarpalas” otelinin sahibkarı Turqut bəylə qızları İpəklə Qədifə və eyni zamanda Ka üçün bir sevgi, xoşbəxtlik ümidi var. Səhifə sayı - 528 2000029227967 Cild - Qalın
SizinKitab
Döyuşçü klubu - Çak Palanik
Əsas qiymət
5.00₼
/
Döyuşçü klubu - Çak Palanik - SizinKitab
Kitab haqqında
Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir. İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki mərdlik anlayışının dəyişməsindən getdikcə daha çox narazı qalan baş qəhrəman bu durumla mübarizə aparmaq qərarına gəlir. Bunun üçün radikal psixoterapiya yolunu seçərək gizli döyüşçü klubu yaradır. Siz bu kitab əsasında çəkilmiş “Döyüşçü klubu” filminə baxmısınızmı? O zaman bu kitabı da oxumanızı tövsiyə edirik. Tərcüməçi - Fizzə Heydərli 9789952267334 Səhifə sayı - 268
SizinKitab
Misteriyalar - Knut Hamsun
Əsas qiymət
7.99₼
/
Misteriyalar - Knut Hamsun - SizinKitab
Kitab haqqında
Romanda hadisələr dramatik, son dərəcə gərgin, kəskin psixoloji konfliktlər və toqquşmalar, anlaşılmaz müəmmalar fonunda baş verir. Surətlərin, xüsusən də əsərin qəhrəmanı Nagelin hərəkətləri hadisələrin arxasında gizlənir. Yazıçı baş verənlərin üstünə sirr pərdəsi çəkərək əsəri sətiraltı anlamlar üzərində qura bilib. O, qarşısına «çağdaş insanın ağılla, düşüncə ilə dərk edilməyən mənəvi həyatını araşdırmaq» kimi bir vəzifə qoymuşdur. Ona görə də roman qəhrəmanının başına gələnlər onun qeyri-adi təbiətinə köklənmiş olur. Nagel həyatın özünə misteriya, şəbih və müəmma kimi yanaşır və bu da onu bədbəxt bir taleyin sonuna aparıb çıxarır. O, şəxsiyyəti bütöv olan insan deyil, daima və hər yerdə ziddiyyətli davranır, sevgidə uğursuzluğa düçar olur. Nəhayət ki, gündəlik həyatın boşluğu onu bezikdirir, Nagel ətraf aləmə bütün marağını itirərək dəlilik həddinə çatır və axırda da özünü dənizə ataraq intihar yolunu üstün sayır. Tərcüməçi - Nadir Qocabəyli 130x200 Səhifə sayı - 332
SizinKitab
Evim - Qanun Nəşriyyatı
Əsas qiymət
5.99₼
/
Evim - Qanun Nəşriyyatı - SizinKitab
ISBN 978-9952-36-158-2 Cild - Yumşaq Evim - Qanun Nəşriyyatı - SizinKitab Səhifə sayı - 120 ISBN 978-9952-36-158-2 Cild - Yumşaq
SizinKitab
Bir Gün - David Nicholls
Əsas qiymət
9.99₼
/
Bir Gün - David Nicholls - SizinKitab
Kitab haqqında
Roman universitet tələbələrinin Məzun gecəsində – 15 iyul 1988-ci ildə Müqəddəs Svitin günündə təsadüfən tanış olan iki gəncdən – Emma ilə Deksterdən bəhs edir. Yarımçıq qalmış bir gecənin sabahı ayrılırlar. Hərə öz yetkin ömrünü qurmaq yoluna qədəm qoyur. Və bundan sonra müəllif iyirmi il ərzində iki adamın Bir Gününü, həm də məhz iyulun 15-də, Müqəddəs gündə anlatmaqla romanı davam etdirir; yazıçı üçün iki insan həyatını bir günün dar yuvasına sığdırmaqla təsvir etməsi son dərəcə çətin görünən vəziyyət olsa da, bu, oxucu üçün misilsiz həzz qaynağına çevrilir. “Hər bir oxucu bu kitaba heyran olacaq. Hər bir yazıçı isə bu kitabı özünün yazmış olmasını arzulayacaq”, – David Nikolsun BİR GÜN romanı haqda deyilən bu sözlər tanınmış ingilis yazıçı-pub¬lisisti Toni Parsonsa aiddir. Bir yandan isə “Belfast Telegraph” belə yazır: “Bir gün”ün üstündə Səhiyyə Nazirliyinin bu xəbərdarlığı yazılmalıdır: “Bu kitab son dərəcədə alışqanlıq yarada bilər…” Seçimi oxuculara buraxsaq da, sıradan BİR GÜNÜN həyatımız¬dakı yerini bilmək istəyənlərin seçimini qabaqcadan görmək elə də çətin deyil…
Ömrünün son çağlarını yaşayan Rosella vaxtilə Türkiyədə sol hərəkatının fəal iştirakçısı olub. Gəncliyində ona böyük sevgi bəxş edən türk şairini həbs ediblər. Qadın xatirələrini danışmaq, türk dilini yadırğamamaq üçün qəzetdə elan verir. Elanla tanış olan tələbə qız bu zəngin xanımdan eşidəndə ki, yaxşı maaş müqabilində görəcəyi iş sadəcə söhbət etməkdən ibarətdir, inanmır. Hər şey də bundan sonra başlayır... “Dualar əbədidir” əsəri bu yəhudi əsilli zəngin qadınla həmin tələbə qızın dialoqları üzərində qurulub. İki fərqli qadın, iki fərqli təfəkkür, amma onları birləşdirən bir önəmli dəyər var – türk dili! Səhifə sayı - 144 978-9952-36-277-0 Cild - Yumşaq