Leon Afrikalı - Amin Maalouf - SizinKitab
SizinKitab

Leon Afrikalı - Amin Maalouf

Əsas qiymət 7.99₼
/

Leon Afrikalı - Amin Maalouf - SizinKitab


Kitab haqqında

Hicri 894-cü il (miladi 1488-ci il dekabrın 5-i 1489-cu il noyabrın 24-ü). – əndəlusluların xoşbəxt, qayğısız əyyamı davam edir. Kimin ağlına gələrdi ki, Qərb renessansının əsasını qoyan mavr – Əndəlus mədəniyyəti məhz o əyyamda dönüşü olmayan bir iflasın astanasında imiş. Və bu iflasın nə qədər istəsəniz səbəblərini sadalaya bilərsiniz. Amma “heç bir sivilizasiyanı kənardan işğal etmək mümkün deyil, bu, yalnız həmin sivilizasiya özü-özünü daxildən məhv etdikdən sonra mümkün olur” – tanınmış filosof Uilyam Dürant belə deyirdi. Amin Maaloufun “Leon Afrikalı”sı da məhz bu fikrin bədii həllidir.
“Romada hikməti, Qahirədə ehtirası, Fəsdə kədəri yaşamış, amma hələ də Qranadanın bakirliyini və məsumluğunu arayan” Leon Afrikalının dolanbacları andıran həyatını anladan bu roman da eyni mövzudadır.
Həm fransız, həm də ərəb-məhcər ədəbiyyatlarının eyni zamanda böyük imzası olan Amin Maaloufun tarixi romanları, kimlik böhranı üzərində araşdırmaları ilə əslində həmişə gah bədii, gah da elmi yolla tədqiq elədiyi bir mövzu var – dünyanın özü qədər qədim sivilzasiyalar arası münasibətlər, Qərb-xristian dünyası ilə müsəlman Şərqinin keşməkeşli əlaqələri.
Səhifə sayı - 492
9789952268805
Tərcüməçi - Cəmaləddin Quliyev
Cild - Qalın