
Terrorçu - John Updike - SizinKitab
Kitab haqqında
Damarlarında ərəb və irland qanının qarışığı axan Əhməd Amerika həyat tərzinə niyə alışa bilmir?
On beş il əvvəl müsəlman atası onları atıb getməsəydi, Əhmədin dinə münasibəti indiki kimi olardımı?
On bir yaşından imamı – Şeyx Rəşidi özünə mənəvi ata seçməsəydi, Əhməd cihad yolunu tutardımı?
Mərkəzi məktəbin sonuncu sinfində oxuyanda Əhməd Corilinin sevgisinə müsbət cavab versəydi, bu yaraşıqlı xristian qızcığaz sonradan pis yola qədəm qoyardımı?
On səkkiz yaşlı gənci cihada sürükləmək asandır, yoxsa ondan çəkindirmək?
Terrorçunun dini-imanı olurmu? On bir sentyabr olayının “baş qəhrəmanı” müsəlman Mühəmməd Əttadırsa, on bir sentyabra qədərki Amerika tarixinin ən qanlı terror hadisəsinin də başında xristian Timoti Makvey durmurmu?
“Quran”da təsvir edilən hadisələr və öyüd-nəsihətlər “Tövrat”dakından, “İncil”dəkindən çoxmu fərqlənir?
Radikal islamçılar terror hədəfi kimi niyə məhz Linkoln körpüsünü seçirlər? Burada gediş-gəliş daha sıx olduğu üçünmü? Bəlkə, rəmz olaraq – Avraam Linkoln cavanların gözündə Amerika tarixinin ən yaxşı prezidenti kimi qaldığı üçün?
Əhmədi son anda cihaddan çəkindirən nə oldu? Yəhudi Levinin öyüd-nəsihətləri, yoxsa yolunun üstündəki günahsız, məsum qaradərili körpələri?
Cihadın baş tutmamasına görə əqidədaşları Əhmədi “fərari” adlandırmayacaqlar ki?
“Kommunistlər – beyinləri suya çəkib yaxalamaq istəyirdilər- bizimkilər isə beyinlərdə nə varsa, hamısını sıxıb suyunu çıxarmaq istəyirlər”. Bəs bu “bizimkilər” kimlərdir?
Qayda-qanuna nifrət – azadlığa məhəbbətdirmi? Axı azadlıq da elmdir, onu da öyrənmək, mənimsəmək gərəkdir…
Bütün bu sualların cavabı Con Apdaykda, “Terrorçu”da varmı?
Baxış sayı - 1518
130x200
Endirim faizi - 30 %
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
