Yazıçıların gizli həyatı - Guillaume Musso - SizinKitab
SizinKitab

Yazıçıların gizli həyatı - Guillaume Musso

Əsas qiymət 10.99₼
/

Yazıçıların gizli həyatı - Guillaume Musso - SizinKitab

 

Kitab haqqında


Gənc yazıçı Rafael Batey getdiyi hər yerdə uğursuzluqla qar-
şılaşır. İlk romanının əlyazması heç bir naşirin marağını çəkmir.
Müraciət etdiyi nəşr evlərindən bir-birinin ardınca rədd cavabı
alır. Beləliklə, o həm yeni ilham mənbəyi tapmaq, həm də pərəstiş
etdiyi yazıçı Natan Faulzla görüşmək üçün Bomon adasına yol-
lanır. Lakin ortada böyük bir əngəl var. Faulz illər öncə yazmaq-
dan həmişəlik imtina edib. Sonra Bomon adasına çəkilərək zahid
həyatı yaşamağa başlayıb. Rafael Batey hər kəsin dilində dolaşan
“Natan Faulz müəmması”nı açmaqda qərarlıdır. Bir tərəfdən də
Matilda Manni adlı isveçrəli jurnalist əlinə keçən fotolardan yola
çıxaraq Faulzun izinə düşüb. Yazıçının sirrini açmağa çalışan bu iki
nəfərin ayrı-ayrılıqda araşdırmalar apardığı bir vaxtda bütün adanı
silkələyən dəhşətli qətl hadisəsi baş verir: meşədə ağaca pərçim-
lənmiş qadın cəsədi tapılır. Cəsəd Matildanın əlində olan fotolar-
dakı şəxslərdən birinə aiddir. Bəs bu qadını kim və niyə öldürüb?
Onun ölümünün Faulzla əlaqəsi varmı? Rafael Batey və Matilda
Manni “Natan Faulz müəmması”nın üzərindəki sirr pərdəsini qal-
dıra bilirlərmi?

ISBN ISBN 978-9952-38-338-6

 

Ölçü 130x200

 

Cild Yumşaq


Səhifə sayı 288


Tərcüməçi Vüsalə Yarıyeva


Nəşr tarixi 2022