Parisdəki bütün çiçəklər - Sarah Jio - SizinKitab
SizinKitab

Parisdəki bütün çiçəklər - Sarah Jio

Əsas qiymət 14.99₼
/

Parisdəki bütün çiçəklər - Sarah Jio - SizinKitab

Kitab haqqında

Yaddaşını itirən Karolayn Paris xəstəxanasında ayılır. Kler küçəsindəki geniş mənzildə kədərli və təkəbbürlü bir həyat sürdüyünü öyrənir. Yavaş-yavaş bir kişi və uşaq haqqında qeyri-müəyyən xatirələri bərpa olunmağa başlayır. O, həyata yenidən başlayacağı-
na söz verir. Lakin daim özünü təhlükədə hiss edir. Yaxınlıqdakı restoranın aşpazı ilə yenicə başlanan dostluq isə onun fikrini dumanlı keçmişdən ayırır.

 

Nasistlərin işğalı altında olan Parisdə Selin adlı gənc, dul qadın atasının gül dükanında işləyir. Hər şeydən artıq sevdiyi qızına gözəl həyat qurmağa çalışır. O öz sevgisini yenidən tapacağına ümid edir. Lakin bir müddət sonra qəddar bir alman zabiti Selinin əslən yəhudi olduğunu öyrənir. Qadın yaxınlarını qorumaq üçün təhlükəli bir oyun oynamağa məcbur qalır. Ən dəhşətli kabusları gerçəkləşdikdə, çox sevdiyi insanı - qızını xilas etmək üçün mübarizə aparır.

 

Karolayn Selinin şkafda gizlədilmiş gizli məktublarını aşkar edəndə onun mənzilində qaranlıq sirlər olduğunu anlayır.

 

Parisdəki bütün çiçəklər” insan ruhunun dözümlülüyündən və gücündən, ana məhəbbətinin sarsılmazlığından və bağışlamaq qabiliyyətinin aliliyindən bəhs edən emosional romandır.

Oxuyarkən nəfəsinizi kəsəcək həzin bir hekayədir.

 

 

ISBN ISBN 978-9952-38-406-2


Ölçü 135x210


Cild Qalın


Səhifə sayı 336


Tərcüməçi Rəfiqə Məmmədova