Povest yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur. Bu əsərdə ədib öz fikirlərinə də yer vermişdir. Bu isə "Ağ diş"i oxunaqlı edən amillərdən biridir. Cek London bu əsəri ilə demək istəyir ki, heyvanla insan arasında fərq yoxdur. Yəni heyvanda insan kimi şüura sahibdir, düşünür və hər bir hissi duya bilir. Əsərdə həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir və yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir.. Səhifə sayı - 196 9789952364811 Cild - Yumşaq
SizinKitab
Məntiq qaydaları - Çingiz Abdullayev
Əsas qiymət
5.50₼
/
Məntiq qaydaları - Çingiz Abdullayev - SizinKitab
Kitab haqqında
Üç epizoddan ibarət romanın birinci epizodunda dincəlmək üçün Marselə getmiş Dronqoya dostu və həmkarı – professor Stiven Rossdan qəfil telefon zəngi gəlir- o, Avropanın «şərab kralı» kimi tanınan məşhur milyonçu Edvard Harrisonun onunla təcili görüşmək istədiyini Dronqoya çatdırır. Dostunun xahişindən keçə bilməyən Dronqo istirahətini yarımçıq qoymalı olur və Rossla birgə milyonçunun Monpelyedəki qəsrinə yollanır. Mister Harrison Dronqoya Londondakı seyfindən müəmmalı şəkildə oğurlanmış çox qiymətli sənədlərin axtarışıyla məşğul olmağı və bunun müqabilində ona bir milyon funt qonorar təklif edir. Dronqo təklifdən imtina edir, lakin geri qayıtmağa hazırlaşarkən milyonçunun evində son dərəcə gözlənilməz hadisələr baş verir – cəmisi bir neçə saatdan sonra öz villasında, qapısı içəri tərəfdən bağlı otaqda mister Harrisonun meyiti aşkar olunur- ertəsi gün isə təxminən eyni vəziyyətdə onun otuz yaşlı gözəl xanımı Anna Harrison qətlə yetirilir. Cinayət işlərinin təhqiqatıyla məşğul olan polis komissarı Dyubuanın səyləri heç bir nəticə vermir, lakin Dronqo polis komissarının bacarmadığı çətin işə girişib, çox qısa bir müddətdə bu müəmmalı qətllərin sirrini açmağa və qatili tapmağa müvəffəq olur. İkinci və üçüncü epizodlarda Dronqo daha çətin, daha mürəkkəb situasiyalara düşür və daha müəmmalı cinayətlərin təhqiqatına cəlb olunur. Bir-birindən fərqli şəkildə törədilmiş amansız qətllərin üstünü açmaq, qatili ifşa etmək ilk baxışda mümkünsüz görünsə də, Dronqo öz çevik ağlının və ona heç vaxt etibarsız çıxmayan dəmir məntiqinin sayəsində bu işlərin öhdəsindən məharətlə gəlir. 9789952266351 Cild - Yumşaq
SizinKitab
Arzulardan sonrakı şəhər - Şərif Ağayar
Əsas qiymət
6.49₼
/
Arzulardan sonrakı şəhər - Şərif Ağayar - SizinKitab
Kitab haqqında
Minilliklərin o üzü və bu üzü… Tarix, mif, din, yalan və həqiqət… Dəyişməyən ümid – Arzular. İnsan əlini daim naməlum sabahlara uzadır, sabahlarsa bitmir. Bu, min il əvvəl də beləydi, bu gün də belədir, sabah da belə olacaq. Dəyişən zaman, məkan və görüntüdür. Ruh sirli yolunu davam etdirir və daim azadlıq axtarışındadır. «Arzulardan Sonrakı Şəhər» bizi günümüzün və uzaq-yaxın tariximizin mənzərəsi fonunda həqiqətin azca aralanmış qapısından düşən işığa çağırır. Onun çatdırmaq istədiyi mesaj millətindən, dilindən, inancından asılı olmadan hamımıza ünvanlanıb: savaş əbədi məğlubiyyətdir, bəşəriyyət ondan vaz keçmədən Arzulardan Sonrakı heç nəyi yaşaya bilməyəcək. Səhifə sayı - 232 9789952363197 Cild - Yumşaq
SizinKitab
Unutmağa kimsə yox - Kamal Abdulla
Əsas qiymət
11.99₼
/
Unutmağa kimsə yox - Kamal Abdulla - SizinKitab
Kitab haqqında
“Unutmağa kimsə yox” son illərin ən çox dartışılan əsərlərinin (“Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”) müəllifi olan Kamal Abdullanın hələlik son romanıdır. Əsər dil, ideya, üslub baxımından analoqu olmayan bir faktdır. Kolumb Hindistan axtarıb Amerikanı kəşf edən kimi gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların,sərkərdələrin tarixini yox, bir sevgi məktubunu deşifrə edir. Paralel dünyalar, möhtəşəm ahəng, hadisələrin üfüqü, çiçəkli yazı… Bütün bunlar ilk baxışda sadə bir hadisənin fonunda əsər boyu canlı kimi nəfəs alır.
Endirim faizi - 30 % 2000031564630 Səhifə sayı - 528
SizinKitab
Donor - Amal
Əsas qiymət
5.00₼
/
Donor - Amal - SizinKitab
Kitab haqqında
Yaşar Dilarənin eşqi ilə yanır, lakin nə qədər çalışsa da Dilarədən bir cavab ala bilmir. Və hadisələr elə cərəyan edir ki, o, Dilarəni xilas etdiyi zaman öz sağlamlığını itirir. Yaşar həm ömürlük ayağından şikəst qalır, həm də qaraciyər donorunun tapılmayacağı təqdirdə həyatını itirmə təhlükəsilə qarşılaşır. Bütün ümidlərin tükəndiyi anda donor tapılır. Yaşar sağalıb ayağa dursa da, iki şey onu narahat edir: Dilarənin bundan sonra ona olacaq münasibəti və donorun kimliyi… Səhifə sayı - 192 9789952362749 Cild - Yumşaq
SizinKitab
Una və Selincer - Frederik Beqbeder
Əsas qiymət
8.99₼
/
Una və Selincer - Frederik Beqbeder - SizinKitab
Kitab haqqında
Bəşəriyyəti xilas edə biləcək ən böyük xoşməramlı yaşantı – sevgi və qan-qada, ölüm, od-alov, dağıntı mənbəyi – müharibə... Frederik Beqbederin “Una və Selincer” romanı yazarın bu iki mövzunu tarixin yaddaşına köçürmək istəyindən yaranıb. Amma buna bənzər bütün yaradıcılıq nümunələrindən fərqli... Əsərdə bu iki mövzu bir-birini təqib etmir. Heç biri digəri ilə məcburi bağlılıqda – vəhdətdə də görünmür. Hərəsi öz spesifik çalarlarının axarında inkişaf edir. Bağlılıq... bağlılıqsa, hər iki mövzunun eyni insanın taleyində kəsişməsindədir. Səhifə sayı - 308 9789952360257 Cild - Yumşaq
SizinKitab
Sıfır sayı - Umberto Eco
Əsas qiymət
3.00₼
/
Sıfır sayı - Umberto Eco - SizinKitab
Kitab haqqında
Umberto Eko “Sıfır sayı” əsərində İtaliyanın son illərdəki tarixini gözdən keçirir. Bu əsərdə oxucular “Gladio” adlı gizli təşkilatdan, Roma papasının qətlə yetirilməsindən, hökumət çevrilişlərindən, terror təşkilatlarıyla xüsusi xidmət orqanları arasındakı müəmmalı əlaqələrdən xəbərdar olacaqlar. Umberto Eko bu əsərdə İtaliyanı idarə etmiş faşist hakimiyyətini dərindən araşdırır və mövzunu Mussolininin üzərində qurur. Yazıçı 1992-ci il İtaliyası ilə Mussolini İtaliyası arasında müqayisələr aparmaqla yanaşı, pis jurnalistliyin insanları necə bir fəlakətə sürükləyə biləcəyini də incə detallarla oxucuya izah edir. “Sıfır sayı” əsəri bir çox dolaşıq və müəmmalı hadisələri bir yerə toplayaraq İtaliyanın son əlliillik tarixi haqqında oxucuda fikir yaradır. Bu gün vicdanlı jurnalistliyin əhəmiyyətini dərk etmək istəyənlər, xalqın xəbərləri olduğu kimi deyil, müəyyən adamların istədiyi kimi almasının bir ölkənin taleyini necə dəyişdirdiyini görmək istəyənlər Umberto Ekonun “Sıfır sayı” əsərini mütləq oxumalıdırlar. Səhifə sayı - 172 9789952362565 Cild - Yumşaq
SizinKitab
Məsumiyyət muzeyi - Orhan Pamuk
Əsas qiymət
11.40₼
/
Məsumiyyət muzeyi - Orhan Pamuk - SizinKitab
Kitab haqqında
“Həyatımın ən xoşbəxt anıymış, bilmirdim…” Türkiyənin Nobel mükafatı laureatına sahib olan yazıçısı Orxan Pamukun altı ilə yazdığı gözəl eşq romanı bu sözlərlə başlayır. “Məsumiyyət muzeyi”ni oxuyarkən yalnız eşqlə deyil, evlilik, dostluq, intim münasibətlər, şəhvət, ailə və xoşbəxtliklə bağlı bütün düşüncələrinizin yerindən oynadığını və hekayənin cazibəsindən heç ayrılmaq istəmədiyinizi görəcəksiniz…
Səhifə sayı - 728 2001090754635 Cild - Qalın
SizinKitab
İtmiş gül - Serdar Özkan
Əsas qiymət
6.99₼
/
İtmiş gül - Serdar Özkan - SizinKitab
Kitab haqqında
Serdar Özkanın ilk və ən bəyənilən romanı “İtmiş gül” oxucularına gənc bir qızın hekayətini nəql edir. Antuan de Sent Ekzüperinin bütün dünyada böyük səs-soraq oyatmış “Balaca şahzadə” romanına bənzəyən “İtmiş gül”də Balaca şahzadənin yerini gənc bir qız tutur və onun sirli səyahəti oxucuları ovsunlayır. Təxminən 44 fərqli dilə tərcümə olunan və bir çox ölkədə satılan roman klassiklər cərgəsinə daxil olmağa namizəd və mütaliəyə layiq bir əsərdir. Gənc qızın səyahəti zamanı özünüzü tapacaq və həyata olan baxışınızı mütləq dəyişdirəcəksiniz. Səhifə sayı - 184 9789952360158 Cild - Yumşaq
SizinKitab
Firəngistan Məktubları - İsmayıl bəy Qasparlı
Əsas qiymət
7.99₼
/
Firəngistan Məktubları - İsmayıl bəy Qasparlı - SizinKitab
Kitab haqqında
Türk dünyasının böyük fikir adamı İsmayıl bəy Qaspralının (1853-1914) trilogiya şəklində qələmə alınan “Firəngistan məktubları” romanı qardaş Krım-tatar ədəbiyyatının klassik nümunələrindən biri sayılır. Əsas hissələri XIX əsrin sonunda qələmə alınan bu əsərdə İslam dünyasının problemləri, tarixi inkişaf yolları diqqət mərkəzinə çəkilir. Ustalıqla qələmə alınmış roman realist, utopik və ictimai-siyasi çalarların zənginliyi ilə seçilir. Kitab ədəbiyyat həvəskarları, geniş oxucu kütlələri üçün nəzərdə tutulub. Baxış sayı - 1834 9789952269819
SizinKitab
Şah və Sultan - İskender Pala
Əsas qiymət
8.00₼
/
Şah və Sultan - İskender Pala - SizinKitab
Kitab haqqında
Vurğunluq… Gözəllik… Eşq və savaş. Təkcə könüllərin yox, alınların, sümüklərin və gözlərin od tutub yandığı savaş. Qəhrəmanlarını – Yavuz Sultan Səlimi də, Şah İsmayılı da tarixin pilləkənində bir pillə aşağı endirən, bir pillə yuxarı qaldıran savaş. Çaldıran. İndi Çaldıran nə 500 il geridə, nə 500 il irəlidədi. Savaş meydanında sehrbazın gördüyü nəydi? Qızılbaşlıq! Sünnilik! İqtidar ehtirası. Eşqin çöküntü kimi dondurduğu zaman! Qorxu? Bəs o? Yazıçı bir az da qorxuların üstünə gedəndi. Tarix irəliyə doğru açıldıqca ağacın kökləri də görünəcək. Ələvi də, Sünni də o kökə bağlıdı. O torpaqda birdi. Kölgələr böyüyübsə, işığa yox, qorxuya qalib gəlmək lazımdı. Daha nəsilləri qaranlıq və tutqun işığın hegemonluğu boğmasın. Bir daha eşq! İqtidar atının belində küləyə və alova doğru gedən iki hökmdar. Şah və Sultan… Dünya incisi zərif və əsil-nəcabətli qadınlar… Andlarına sədaqətli kişilər. Nağıl qədər həqiqət. Sehrləyici olduğu qədər ümidverici. İsgəndər Palanın “Şah və Sultan” romanı hər cümləsi eşqlə oxunacaq kitabdı… Səhifə sayı - 384 9789952266023 Cild - Yumşaq
SizinKitab
Sufle - Aslı E.Perker - Əsli Perker
Əsas qiymət
6.99₼
/
Sufle - Aslı E.Perker - Əsli Perker - SizinKitab
Kitab haqqında
Əsli E. Perkerin “Sufle” romanı təhkiyə tərzinə görə novator bir əsərdir. Romanda hadisələr üç ayrı-ayrı ölkədə – Fransada, Amerikada, Türkiyədə cərəyan edir. Əsərin qəhrəmanlarını ümumi bir cəhət birləşdirir – onların hamısı depressiya girdabına yuvarlanıb. Hərəsinin öz həyat hekayəti var. Oxucuya elə gəlir ki, qəhrəmanlar əvvəl-axır rastlaşacaq, görüşəcəklər və final onların hamısını əhatə edən ümumi sonluqdan ibarət olacaq. Ancaq belə olmur, qəhrəmanlar görüşmür və onların hamısı düşdükləri durumdan bacardıqları kimi çıxmağa çalışırlar. Müəllif obrazını yaratdığı insanların simasında insanların bütün çətinliklərə sinə gərməsini, ən ağır depressiv durumdan çıxmaq üçün həyatda çox sadə tutarqaları olmasından bəhs edir. Tərcüməçi - Arzu Həsənli 978995226681133 Səhifə sayı - 344
SizinKitab
Cariyə - Gül İrepoğlu
Əsas qiymət
5.99₼
/
Cariyə - Gül İrepoğlu - SizinKitab
Kitab haqqında
Hazırlaşın! Başqa bir zamana, XVIII yüzilə, I Əbdülhəmid dövrünə, sirlərlə dolu bir məkana, Osmanlı hərəmxanasına gedirik… Eşqin onu hər şeydən fərqli eləyən və o heç dəyişməyən sehrinə gedirik… Cariyə və hərəmxana. Bu iki anlayışla əlaqədar xeyli kitab oxuduq, amma səthi olan məlumatlarla kifayətlənmək məcburiyyətində qaldıq. Gül İrepoğlunun “Cariyə”si bu mənada çoxlarından fərqlənir. Bu romanda mütəxəssis olmaq və yazmaq istedadı bir-birilə ahəng təşkil eləyir. Quramalıq və tarixi gerçəklik vəhdət halını alan bu kitab+ oxucuya sənədli təsir bağışlayır. Tərcüməçi - Nəriman Əbdülrəhmanlı 9789952269574 Səhifə sayı - 224
SizinKitab
Banan Səsləri - Ece Temelkuran
Əsas qiymət
6.99₼
/
Banan Səsləri- Ece Temelkuran - SizinKitab
Kitab haqqında
Müharibə həyatları necə dəyişir? Bölünmüş şəhərlər ümidləri necə məhv edir? Xoşbəxtlik hansı xatirələr içində azıb? Yoxsulluğu uniforma ilə gizlətmək olurmu? Və bananlar böyüyərkən səs çıxarırmı? Hara məxsus olduğunu anlamağa çalışan Dəniz, öz cinsi kimliyini sorğulayarkən Filipinaya aşiq olan Maruan, Hizbullah aşiqi erməni qız, məktubları ilə Şatila düşərgəsindəki həyatı, müharibənin iç üzünü, sevgisini ifadə edən Həmzə Yaxın Şərqin lənətini göstərməyə yetərdimi? Banan səslərini yazmaq üçün doqquz ay Beyrutda yaşamaq kifayət idimi? Səhifə sayı - 304 978-9952-36-520-7 Cild - Yumşaq
SizinKitab
Eşqin kimyası - Muriel Maufroy
Əsas qiymət
7.00₼
/
Eşqin kimyası - Muriel Maufroy - SizinKitab
Kitab haqqında
Fransız yazıçısı Müriel Maufroyun bu romanı həmişə səmimiyyəti və bədii keyfiyyətilə seçiləcək. Şəms Təbrizini ilahi eşqlə sevən Kimya xatunun qısa, ancaq bənzərsiz ömründə baş verənləri oxuculara bundan yaxşı çatdırmaq, yəqin ki, mümkün deyil. Bu roman Şəms Təbrizinin, Mövlananın və Kimya xatunun dünyasına insanı riqqətləndirən mistik səfərdi. Səhifə sayı - 272 978-9952-26-492-0 Cild - Yumşaq
SizinKitab
Möhtəşəm Qetsbi - Frensis Skott Fitscerald
Əsas qiymət
4.90₼
/
Möhtəşəm Qetsbi - Frensis Skott Fitscerald - SizinKitab
Kitab haqqında
Möhtəşəm Qetsbi» romanı Amerika ədəbiyyatındakı «Caz Əsri» adlandırılan dövrün ən məşhur və tipik əsərlərindən sayılır. Hadisələr XX yüzilliyin 20-ci illərində Lonq-Aylenddə və Nyu-Yorkda cərəyan edir. Bəllidir ki, Birinci Dünya müharibəsindən sonra Amerika misilsiz iqtisadi çiçəklənmə dövrünü yaşayırdı. Eyni zamanda, spirtli içkilərə qoyulmuş qadağa bir çox butlegerləri milyonçular cərgəsinə çıxarıb, mütəşəkkil cinayətkarlıq üçün geniş imkanlar açırdı. Romanda varlılara və onların eyş-işrətinə dəbdəbəsinə öz heyranlığını gizlətməyən Fitscerald, həm də qeyri-məhdud materializmi, amerikan mənəviyyatını, o cümlədən insan təbiətinə xas olan laqeydlik və biganəliyi məzəmmətləyir. Frensis Skott Fitscerald müasirlərinin şüurunda təkcə yazıçı kimi deyil, həm də öz dövrünü təcəssüm etdirən canlı əfsanə kimi qalmışdır. O, ötən əsrin 20-ci illərində amerikan gəncliyinin pərəstişgahı idi, gənclər ona öz dünya duyumlarının parlaq ifadəçisi kimi baxırdı. Ona bəslənən bu rəğbət indinin özünəcən yaşayır və hətta bugünkü Amerika ədəbi tənqidi onu «Caz Əsrinin» tərənnümçüsü saymaqda bu gün də israrlıdır. Artıq heç bir şübhə yoxdur ki, F.S.Fitsceraldın yaradıcılığı Ş.Andersonun, E.Heminqueyin, T.Vulfun əsərləriylə bərabər, amerikan düşüncə tərzinin böyük bir dövrünü özündə əks etdirir və yüksək estetik dəyər baxımından olduqca əhəmiyyətlidir. Tərcüməçi - Nadir Qocabəyli 9789952265217 Səhifə sayı - 184
SizinKitab
Əcnəbi qadın - Sergey Dovlatov
Əsas qiymət
4.00₼
/
Əcnəbi qadın - Sergey Dovlatov - SizinKitab
Kitab haqqında
“Əcnəbi qadın” romanı qeyri-adi yumorla yazılıb. Əsərin qəhrəmanı Marusya Sovet ittifaqında Kommunist Par-tiyasına sadiq bir ailədə doğulub. Təminatlı həyat onu sıxır. Sa-dəlövhlük onun yolunu Avropaya, oradan isə Nyu-Yorka aparıb çıxarır. Əsərdə Marusyanın timsalında sovetlərdən gedən mü-ha-cir-lə-rin həyatı təsvir olunur. “Əcnəbi qadın” əsərində bir cümlədə eyni hərflə başlayan iki söz yoxdur. Tərcümə edərkən müəllifin üslubu qorunub. Sovet mühacir-yazıçılarının “üçüncü” dalğasının nü-ma-yən-də-si, adı Azərbaycan oxucularına az-çox tanış olan Sergey Dovlatov 1941-ci ildə, ailəsinin evakuasiya edildiyi Ufada doğulub. Son-ralar yenidən Leninqrada qayıdıb. Filologiya fakültəsini bitirib. İlk hekayələrini yazan gündən “dissident” sayılıb. Sovet ədə-biyyat jurnallarında çap olunmaq cəhdləri baş tutmayıb. İlk kitabının yığımı DTK-nın sərəncamı ilə məhv edilib. Çörək pulunu jurnalistikadan “çıxarıb”. 1976-cı ildə bir sıra hekayələri Qərbdə, “Kontinent”, “Zaman və biz” jurnallarında çap olunub, buna görə SSRİ Jurnalistlər İtti-fa-qından xaric edilib. 1978-ci ildə Avstriyaya, sonra ABŞ-a mühacirət edib. Nyu-York-da yaşayıb, ilk vaxtlar qalmaqallı “Yeni amerikalı” qəzetin bu-raxıb. Səksəninci illərin ortalarında Amerika oxucuları arasında məşhurlaşa bilib, hekayələri dəfələrlə “mötəbər və nüfuzlu” “New Uorker” jurnalında çap olunub. Onu da deyək ki, rus yazıçılarından heç biri heç vaxt bu jurnala “yaxın buraxılmayıb”. Dovlatov istisna təşkil edir. 1990-cı ildə Nyu-Yorkda ürək çatışmazlığından vəfat edib. On iki illik mühacir həyatı ərzində Dovlatovun ABŞ və Avropada on iki kitabı nəşr edilib. Rusiyada onu “samizdat”a və radiodakı verilişlərinə əsasən tanıyırdılar. Hazırda Moskvada Dovlatovun çoxsaylı kitabları nəşr edilib, “Seçilmiş əsərlər”i buraxılıb. Biz, Azərbaycan oxucularını S.Dovlatovun hansı əsəri ilə tanış etmək barəsində düşünərkən müəyyən tərəddüddən sonra onun “Əcnəbi qadın” romanını seçdik. Bu vaxta qədər onun Azərbaycan dilində yalnız bir neçə heka-yəsi Natiq Səfərov tərəfindən tərcümə olunub Səhifə sayı - 128 9789952266641 Cild - Yumşaq
SizinKitab
Mən öldürürəm - Corco Faletti
Əsas qiymət
11.60₼
/
Mən öldürürəm - Corco Faletti - SizinKitab
Kitab haqqında
Bu əsər son onilliyin ən məşhur italyan romanıdır. Kitab dükanlarında görünəndən iki il sonra iki milyon yarım tirajla satılıb, digər dillərə tərcümə olunanda isə başlanğıc tirajı yüz min nüsxəni keçib. "Mən öldürürəm" romanında hər şey var – gərginlik və maraqlı süjet, kazino, "Formula- 1" yarışları, Şubertin, Tom Uaytsın musiqiləri, Monte-Karlonun təkrarolunmaz gözəl mənzərələri… Hadisələrin mərkəzində isə özgə üzlərinin kolleksiyasını toplayan müəmmalı gecə qatili dayanır. Baxış sayı - 1155 9789952266122 Endirim faizi - 30 %
SizinKitab
Kömək edin , bağışlayın - Frederik Beqbeder
Əsas qiymət
6.40₼
/
Kömək edin , bağışlayın - Frederik Beqbeder - SizinKitab
Kitab haqqında
Frederik Beqbeder, avropa ədəbiyyatı ulduzu, ”99 frank”, ”Məhəbbət üç il yaşayır.”, “Windows on the World”, “Romantik xudbin” kimi dünya bestsellerlərinin müəllifi, bu illər ərzində Rusiyaya etdiyi qalmaqallı səfərləri ilə məşhurlaşmışdır. Onun bu səfərləri hər iki paytaxtın gecə klublarında və dəbli barlarında yaşanan qızğın sərgüzəştləri ilə yadda qalıb. O öz yeni romanını da məhz Rusiya haqda yazmışdır. Bu romanın işıq üzü görməsi Fransada böyük qalmaqala səbəb olmuşdu. Beqbeder öz oxşarı, “99frank” romanının qəhrəmanı Oktav Povanqonu yenidən səhnəyə çıxarır. Bacarıqlı və arsız reklamçı bu dəfə Rusiyaya gəlir: o, dünya kosmetika sənayesinin nəhəngi üçün yeni “reklam siması” axtarır. Qar, gözəllər və kokain burağanında gicəllənən Oktav qəfildən, özü də hiss etmədən fədakarcasına aşiq olur. Ümüdsüz anlarında o, Müqəddəs İsa məbədindən olan tanış bir keşişə tövbə edir və eyni zamanda öz sərgüzəştlərini şərh edir. “Kömək edin, bağışlayın!” hadisələrin iç üzünü “rus” zəmnində açan roman-etiraf, dəb, qlamur və incə pozğunluq diktaturasına tabe olan bir dünya haqqında paradoksal, istehzalı bir mətn, bir də Turgeniyevsayağı və Beqbedersayağı məhəbbət haqqında bir xatirədir. Səhifə sayı - 240 9789952265019 Cild - Yumşaq
SizinKitab
99 frank - Frederik Beqbeder
Əsas qiymət
7.00₼
/
99 frank - Frederik Beqbeder - SizinKitab
Kitab haqqında
"99 frank” romanı reklam biznesinə acı satiradan ibarətdir. Reklam ticarətin, iqtisadiyyatın, istehlakın təkanverici qüvvəsidir. Bu qüvvənin məqsədi sizi ehtiyacınız olmayan, amma dəbdə olan şeylərin arzusuna salmaqdır. Ən əsası, minlərlə mənfəətpərəst insanları yalnız bir məqsəd – bu məhsulu sizə satmaq birləşdirir. Oktav məhşur reklam agentliklərinin birində mətn yazarı işləyir və dediyi kimi, dünyanı zibilləməklə məşğuldur. O, dünyanı yaradıcı şəkildə, zövqlə, böyük ustalıqla zibilləyir. Onun həyatı reklam yaradıcılığından, qlamurdan, kokain və qadınlardan ibarətdir. Onun gəliri istənilən şəxsin ən böyük arzusudur. Belə olan tərzdə həyatdan başqa nə istəyəsən? Bəs əsərin baş qəhrəmanı özünü xoşbəxt hiss edirmi? Şübhəsiz ki, “99 frank” romanı Frederik Beqbederin ən yaxşı romanlarından biridir. Əsər avtobioqrafik xarakter daşıyır, 2000-ci ildə kitab ilk dəfə işıq üzü görmüş və yazıçının işlədiyi məhşur reklam agentliyindən qovulması ilə nəticələnmişdi.
Tərcüməçi - Çimnaz Vəliyeva 9789952265057 Səhifə sayı - 308
SizinKitab
Cəmilə - Orxan Kamal
Əsas qiymət
5.49₼
/
Cəmilə - Orxan Kamal - SizinKitab
Kitab haqqında
Romandakı hadisələr 1934-cü il Adanasında yoxsul bir işçi məhəlləsində baş verir. Bu insanlar acından ölməmək üçün toxuculuq fabrikində ağır şərtlər altında işləməyə məcburdurlar. Cəmilə ağıllı, gözəlliyi ilə hamını heyran qoyan bir qızdı, qardaşıyla birlikdə bu fabrikdə çalışır. Ağır əmək Cəmiləgilin məhəlləsindəki insanların həyat eşqini zərrəcə azaltmır, onlar sevinclərini, kədərlərini birlikdə bölüşürlər. Fabrik sahibi və onun adamlarının hiyləsinə aldanan işçilər üsyana qalxırlar. Maraqlı hadisələr fonunda yazıçı Cəmilə ilə Katib Necatinin eşq hekayəsini şirin dillə təsvir edir. Tərcüməçi - Nizami Zöhrabi 9789952269413 Səhifə sayı - 200
SizinKitab
Qiyamət - Çingiz Aytmatov
Əsas qiymət
7.00₼
/
Qiyamət - Çingiz Aytmatov - SizinKitab
Kitab haqqında
Çingiz Aytmatov qəhrəmanlarının hər biri öz qəlbində Təbiətin bir parçasını yaşatmağa məhkumdur. Ədib «Qiyamət» adlı romanında daha irəli gedir və öz oxucusunu inandırır ki, Yer üzünün harasında olur olsun, bəşər övladının başına gələn bəlaların əsas səbəbi – elə insanın özü olmaqla yanaşı, onun Təbiətdən qoparılmağı, öz xoşuna, ya zor gücünə Təbiətdən ayrı düşməyidir… Baxış sayı - 1524 Yumşaq Endirim faizi - 30 %
SizinKitab
Yeni Qahirə- Nəcib Məhfuz
Əsas qiymət
5.99₼
/
Yeni Qahirə- Nəcib Məhfuz - SizinKitab
Kitab haqqında
Nəcib Məhfuzun “Qahirə romanları” silsiləsinə daxil olan “Yeni Qahirə” romanı təhsili yenicə başa vurmuş, gələcəyə ümid və həyacanla baxan dörd gəncin hekayəsidir. Dördü də istedadlıdır. Dördü də cəmiyyətin “orta təbəqəsi”-nə aiddir. Universiteti bitirən gənclər acı bir həqiqətlə üzləşirlər – nazirlikdə onların bilik və istedad baxımından layiq olduğu yerlər artıq tutulmuşdur… nazirin qohumları tərəfindən. Roman Misirdə gedən sosial-iqtisadi dəyişiklikləri, şəhərin yenidən tikilib dəyişilməsini deyil, yeni nəslin, yeni ictimai-fəlsəfi baxışların yaranmasını əks etdirir. Romanın baş qəhrəmanı Məhcub əl-Daim oxucu qarşısında heç bir mənəvi dəyərləri olmayan və yalnız özünü düşünən xudbin bir obraz kimi dayanır. Məhfuzaqədərki Misir nəsrində heç vaxt hamı tərəfindən qəbul olunmuş dəyərləri Məhcub qədər ələ salan, təhqir edən bir obraz olmamışdır. Özünə rəhbər tutduğu şüar isə onun əsl kimliyini göstərir: din+elm+fəlsəfə+mənəviyyat=cəfəngiyat! Müəllif romanda iblis libası geyinmiş Məhcub, onun sevdiyi qadın və mənəviyyatsız nazirlə yanaşı, Məmun Ridvan, Əli Taha, Əhməd Bədir kimi qəhrəmanları da verməklə cəmiyyətin, bəşəriyyətin, insani dəyərlərin hələ də məhv olmadığını göstərir. Səhifə sayı - 248 9789952268041 Cild - Yumşaq
SizinKitab
Məhəbbət üç il yaşayır - Frederik Beqbeder
Əsas qiymət
4.00₼
/
Məhəbbət üç il yaşayır - Frederik Beqbeder - SizinKitab
Kitab haqqında
Romanın baş qəhrəmanı kübar həyatdan yazan jurnalist Mark Marronyedir. O əmindir ki, məhəbbət üç il yaşayır: əvvəl insanlar bir-birini ehtirasla, sonra incə və dostcasına sevirlər- və nəhayət bir-birinə darıxdırıcı olurlar. Romanın birinci hissəsində təsvir olunan belə baxışların səbəbi ondan qaynaqlanır ki, görünür Mark heç zaman üç ildən artıq sevməmişdir. O, çox gözəl bir qız olan Anna ilə evlənir, lakin birgə həyatlarının üçüncü ilində Anna az qala ikrah hissi oyatmağa başlayır, o isə başqa bir qadına – Alisaya dəlicəsinə vurulur. Alisa da onu sevir, lakin başqası ilə yaşadığına görə Markla gizlində görüşür. O isə, öz növbəsində, tamamilə əmindir ki, məhəbbət üç ildən sonra bitəcək və ayrılacaqlar. Romanın sonunda baş qəhrəman yazır ki, Alisa ilə artıq üç ildir ki birlikdədirlər və o, birgə həyatlarının üçilliyini qorxu içində gözləsə də, məhəbbət əvvəlki kimi yaşayır.
Baxış sayı - 1290 9789952266436 Endirim faizi - 30 %
SizinKitab
Soyuq qəhvə - Əhməd Batman
Əsas qiymət
6.49₼
/
Soyuq qəhvə - Əhməd Batman - SizinKitab
Kitab haqqında
Gözlərin içimi isidəndə, küləyin qəhvəmi soyutması arzusuyla… Dünyanın ən yaxşı insanı sən deyilsən, ən yaxşı sən olsan da, fərqi yoxdur, ölümsüz deyilsən. Hamımız bir az əskikik. Kimdən nə qədər əskik olduğumuz, nəyə nə qədər gecikdiyimiz məlum deyil. Məlum olan bir şey var ki, hamımız ölməzdən qabaq başımızı qatırıq. Həyat kaset kimidir, başa yığırıq, çətinliyə düşən kimi gizlənirik. Başımızı qatanda kitabların qəhvəni soyutması və öz cümlələrini cibinə qoymağın arzusuyla, yaxşı yol… Səhifə sayı - 240 9789952362978 Cild - Yumşaq