Qan ləkəsi - Elxan Elatlı

Qan ləkəsi - Elxan Elatlı

10.90₼
Məhsul haqqında

Qan ləkəsi - Elxan Elatlı - SizinKitab

Namus üstündə törədilmiş qətl... Bu qətlin qan donduran amansız qisası... Peşəkar erməni agentin hiyləgər planları və şəxsən öz əlləri ilə Bakıda törədilmiş silsilə qanlı cinayətlər... Uğursuz əməliyyat-axtarış tədbirləri, sonu görünməyən istintaq və təhqiqatlar... Azərbaycan polisinin və xüsusi xidmət orqanları əməkdaşlarının gərgin axtarışları... Məcnunanə sevgi, çirkin xəyanət, qısqanclıq, zorlama, şər-böhtan, ailə faciələri...

...Hər şey ondan başlayır ki, Bakıda məşhur iş adamının erməni əsilli arvadından olan oğlu binamusluq üstə öldürülür. Əsl qatilin əvəzinə səhvən başqası həbs edilir. Lakin iş adamı oğlunun qatilinin adını öz əlaltıları vasitəsilə tezliklə öyrənir və onun bütün ailəsini məhv etmək üçün Moskvada yaşayan qaynını – Kobra ləqəbli qaniçən erməni killeri Azərbaycana çağırır. Türk qanına susamış Kobra saxta sənədlə Bakıya gəlir və burada ardıcıl qətllər törətməklə kifayətlənmir, eyni zamanda öz xəbis planı ilə iki böyük türk ailəsini üz-üzə qoyur, onları nahaqdan qan düşməninə çevirir. Lakin əgər bu qəddar Bakı ermənisi bilsəydi ki burada onun yaxası xüsusi xidmət orqanlarının cəsur əməkdaşı, mayor Ələmdar Məlikovun əlinə keçəcək, Azərbaycana gəlməyə cürət etməzdi...

Azərbaycan dilində

Yumşaq üz qabığı

700 səhifə

Ölçü: 126x190 mm


Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın