Bu günün marketinqi 3 - Tərtibçi Rafiq Hunaltay - SizinKitab sizinkitab mağazası
SizinKitab

Bu günün marketinqi 3 - Tərtibçi Rafiq Hunaltay

Əsas qiymət 9.00₼
/

Bu günün marketinqi 3 - Tərtibçi Rafiq Hunaltay - SizinKitab

Alver, alıb-satmaq bizim ruhumuzdadır. Bəlkə də ruhumuza hopub. Tarixi də çox qədimdir. Gözə görünən və görünməyən çox şeyləri alıb-satmaq olur, bunu etmişik. Bu baxımdan satış bizim üçün çox ciddi problem olmamalıdır. Amma olur. Bəs səbəb nədir?... İşə gecikən işçini cərimələmək nə dərəcədə doğru və effektlidir?... Reklamlarda yalan payı nə qədər olur?... Müştərilər hər addımda yalnız mənfəət güdən, ilk fürsətdə bütün xərcini malın, xidmətin üstünə əlavə edən alverçi təfəkkürlü şirkətləri əsasən nəyə görə sevmir?... Yaxşı işçi arzusunda olan şirkətlər onları cəlb etmək üçün ilk növbədə neyləməlidir?... Biznesdə savadlı olmaq yaxşıdır, yoxsa bacarıqlı?... Maaşından narazı olanlar, daha çox qazanmaq istəyənlər bu vacib məsələni həll etmək üçün ilk növbədə hansı addımı atmalıdır: müdirin yanına getməlidir, yoxsa işdən?...

Bu və digər suallara hazırda əlinizdə tutduğunuz kitabda ətraflı və konkret cavablar tapa biləcəksiniz. Azərbaycanın biznes, marketinq və reklam dünyasının bu gününü özündə əks etdirən bu kitabda ölkəmizin aparıcı şirkətlərində çalışan 42 peşəkar mütəxəssisin 115 yazısı yer alır. Müasir marketinq, biznes və menecment praktikasından bəhs edən “Bu günün marketinqi 3” kitabı biznes sferasında çalışan menecerlər, rəhbərlər, mütəxəssislər, bizneslə maraqlanan şəxslər, eləcə də tələbələr üçün faydalı məlumatlarla zəngindir. Kitabdakı praktik misallarla zəngin yazılarda siz yerli bazarın xüsusiyyətlərinə dair faydalı biliklər əldə edə və biznesiniz üçün faydalana bilərsiniz.

Azərbaycan dilində

Yumşaq üz qabığı

492 səhifə

Ölçü: 120x185 mm