Bu kitabda mənim uzun illərdən bəri bir çox filmlərə, tamaşalara yazdığım şeir və mahnı mətnlərindən seçmələri və “Dərs” adlı pyesimi oxuyacaqsınız.
Əksəriyyəti yumor və ironiya ilə dolu olan bu “gülməli” şeirlər və mahnı mətnləri mənim əvvəlki kitablarımdakı ciddi, bəzən hətta “ağlamalı” şeirlərimi sevən oxucularıma hədiyyəmdir.
Oxuyun, gülün, düşünün və mənim haçansa bu mahnılar üzərində birgə işlədiyim, təəssüf ki, çoxu artıq haqq dünyasında olan görkəmli bəstəkarlarımızı bir daha xatırlayın.
Mən bu ağlamalı, mən bu gülməli
dünyaya ağlayıb-gülməyə gəldim.
Bir dünya tapılmaz bundan ölməli,
mən də tamahlanıb ölməyə gəldim.
Hələ bu dünyada izim yoxuydu,
Hər şeyi görürdüm, gözüm yoxuydu,
Hələ ruhum vardı, özüm yoxuydum,
mən bura özümü görməyə gəldim.
Mənə də yer çatar, dünya dar deyil,
Biz balıq deyilik, dünya tor deyil,
“Allah göydən baxır, Allah kor deyil!..” –
sizə bunu xəbər verməyə gəldim.
Azərbaycan dilində
ISBN: 978 9952 532 87 6
Yumşaq üz qabığı
164 səhifə
Ölçü: 120x185 mm