Fillər öləndə - Çingiz Abdullayev

Fillər öləndə - Çingiz Abdullayev

8.00₼
Məhsul haqqında

Fillər öləndə - Çingiz Abdullayev - SizinKitab

"...Görürsənmi, naməlum adam generalın kabinetinə hansısa anlaşılmaz üsulla girib. Bircə ehtimal qalır: qapını və ya pəncərəni general özü açıb. Onda məndə belə bir sual yaranır: o niyə belə edib? Növbəti məqam. Əgər kifayət qədər təcrübəli general kimisə evinə buraxıbsa, deməli, onu tanıyıb. İkinci sual: bu adam kim ola bilərdi? Nəhayət, üçüncü, ən vacib sual. Generalın silahı naməlum adamın əlinə necə düşə bilərdi? Axmaq vəziyyət alınır. Qatil daxili pilləkənlə qalxıb, balkonun qapısını general özü ona açıb, sonra ona öz tapançasını verib və həmin adamın onu vuracağını gözləyib. Sonra qatil qaçıb aradan çıxıb. Yəqin, razılaşarsan, yaman fantastik versiyadır..."

***
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Fillər öləndə" əsərində hadisələr Cənubi Qafqaz ölkələrinin birində baş verir. Həmin ölkədə böyük nüfuz sahibi və nazir postuna ən real namizəd olan general qətlə yetirilir. Rəsmi məlumatlarda generalın İslam terrorçuları tərəfindən öldürüldüyü qeyd edilir. Cəmi bir həftədən sonra NATO nümayəndələri paytaxta gəlməlidir. Qəfil cinayət bu tədbiri poza bilər. Ölkədə gərginlik yüksək həddə çatır.
Daha maraqlı hadisələr isə məşhur kriminalist-xəfiyyə Dronqonun ölkənin rəsmi dairələrinin gizli dəvəti ilə işi araşdırmaq üçün gəlişindən sonra başlayır. Bir-birinin ardınca yeni sui-qəsd hadisələri baş verir, Dronqo təqib edilir, onu müşayiət edən köhnə dostu, kəşfiyyatçı qadının həyatı da təhlükə altına düşür...

Azərbaycan dilində


Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın