
Freyd üçün etüd - Çingiz Abdullayev - SizinKitab
"...Gecədən xeyli keçmiş səfirin sürücüsü Aleksey şəxsi "Jiquli"sində evinə qayıdırdı. Səfirliyin maşınını qaraja salandan sonra öz maşınını minmişdi. Evinə çatanda maşını saxladı, düşmək istəyəndə qəfildən tanımadığı yad bir adam salona soxuldu. Tapançanın lüləsi onun gicgahına dirənmişdi. "Tərpənmə, - yad adam əmr etdi. - Səni güllələmək fikrim yoxdur, ancaq suallarıma düzgün cavab ver. Dünən səfirin xanımını aparmısan. Rəfiqəsi ilə bir yerdə olub. Öz aralarında nə barədəsə danışıblar. Düzünü de, onların maşındakı söhbəti haqda səfirə məlumat vermisənmi?..."
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Freyd üçün etüd" adlı romanında hadisələr Moskvada cərəyan edir.
Zəngin bir iş adamının evindəki bahalı əşyalar yoxa çıxmağa başlayanda buna əvvəlcə adi oğurluq hadisəsi kimi baxırlar. Bununla əslində yerli sahə müvəkkili məşğul olmalıdır, intellektual özəl detektiv yox. Dronqo adətən belə işləri araşdırmır. Lakin az sonra biznesmenin meyiti öz evində tapılır, bununla da vəziyyət dəyişir. Müşahidə kameraları qətl baş verən gün evdən ağ plaşlı bir qadının çıxdığını qeydə alır, bu plaş isə mərhumun arvadına məxsusdur. Üstəlik, xəfiyyə daha bir neçə qadının hərəkətlərindən şübhələnir. Dronqo gözəl qadınlara biganə olmayan mərhum biznesmenin keçmişini və mürəkkəb ailə həyatının incəliklərini öyrənməyi qərara alır. Elə bu zaman ikinci dəhşətli qətl hadisəsi baş verir...
Azərbaycan dilində
ISBN: 978-9952-310-08-5
Yumşaq üz qabığı
256 səhifə
Ölçü: 125x195 mm
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
