Elxan Elatlı

Sırala:
Alternativ əməliyyat -  Elxan Elatlı

Alternativ əməliyyat - Elxan Elatlı

10.60₼ 8.90₼
Alternativ əməliyyat -  Elxan Elatlı Qarabağı azad etmək uğrunda 44 günlük Vətən müharibəsi başlayıb. Düşmən isə təkcə cəbhədə, səngərlərdə deyil. Məxfi şöbəyə məlumat daxil olur ki, düşmənlər Azərbaycanda təxribat və...
10.60₼ 8.90₼
Eksperiment - Elxan Elatlı

Eksperiment - Elxan Elatlı

8.50₼
Eksperiment - Elxan Elatlı - SizinKitab Elxan Elatlı "Eksperiment" romanında 70 ildən artıq hökmranlıq etmiş sovet diktaturasının əsl üzünü, saxtakar simasını göstərməklə gənclərimizi dövlət müstəqilliyinin qədrini bilməyə çağırır. Roman yazıçının...
8.50₼
Məhəbbətin gizli kodu - Elxan Elatlı

Məhəbbətin gizli kodu - Elxan Elatlı

7.70₼
Məhəbbətin gizli kodu - Elxan Elatlı - SizinKitab Detektiv romanlar müəllifi Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanında xəyanətlə üzləşmiş insanların acınacaqlı taleyindən bəhs olunur. Əsər detektiv janrda yazılsa da, burada...
7.70₼
Bakıdan gələn xəfiyyə - Elxan Elatlı

Bakıdan gələn xəfiyyə - Elxan Elatlı

7.00₼
Bakıdan gələn xəfiyyə - Elxan Elatlı - SizinKitab Detektiv romanlar müəllifi Elxan Elatlının psixoloji detektiv janrında qələmə aldığı "Bakıdan gələn xəfiyyə" romanında Rusiyada baş verən cinayət hadisəsinin araşdırılmasından bəhs olunur.Uzaq...
7.00₼
Dilənçi qadının sirri - Elxan Elatlı

Dilənçi qadının sirri - Elxan Elatlı

6.30₼
Dilənçi qadının sirri - Elxan Elatlı - SizinKitab  Detektiv romanlar müəllifi Elxan Elatlının "Dilənçi qadının sirri" romanında hadisələr Bakıda cərəyan edir. Əsər detektiv janrda yazılsa da, burada həyatın çətinliklərinə, mürəkkəb...
6.30₼
Cəhənnəmdən gələn səs - Elxan Elatlı

Cəhənnəmdən gələn səs - Elxan Elatlı

8.40₼
Cəhənnəmdən gələn səs - Elxan Elatlı - SizinKitab  Detektiv romanlar müəllifi Elxan Elatlının "Cəhənnəmdən gələn səs" romanında XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara...
8.40₼
Qanbay Qasımlının xəfiyyələri - Elxan Elatlı

Qanbay Qasımlının xəfiyyələri - Elxan Elatlı

8.50₼
Qanbay Qasımlının xəfiyyələri - Elxan Elatlı - SizinKitab Bu kəndin dincliyi məktəb direktorunun meşəbəyi işləyən gənc oğlunun müəmmalı şəkildə yoxa çıxması ilə pozulur. Rayonun hüquq-mühafizə orqanları Ərşad adlı bu gəncin...
8.50₼
Xəstə ruhlar - Elxan Elatlı

Xəstə ruhlar - Elxan Elatlı

9.90₼
Xəstə ruhlar - Elxan Elatlı - SizinKitab Bu mahalda baş verən faciələrin kökü 150 il əvvələ gedir. Rus pristavı o zaman nəsil şəcərəsinin bir ucu Səfəvilərə gedib çıxan Turkərənli Qaraxan ağanın...
9.90₼
Yeddinci mərtəbədə qətl - Elxan Elatlı

Yeddinci mərtəbədə qətl - Elxan Elatlı

6.90₼
Yeddinci mərtəbədə qətl - Elxan Elatlı - SizinKitab  Uzaq kəndlərin birində gənc ər-arvad gecə öz evlərində öldürülür. Prokurorluq və polis bir ay təhqiqat aparsa da, xeyli şübhəli şəxs istintaqa cəlb...
6.90₼
Qan ləkəsi - Elxan Elatlı

Qan ləkəsi - Elxan Elatlı

10.90₼
Qan ləkəsi - Elxan Elatlı - SizinKitab Namus üstündə törədilmiş qətl... Bu qətlin qan donduran amansız qisası... Peşəkar erməni agentin hiyləgər planları və şəxsən öz əlləri ilə Bakıda törədilmiş silsilə...
10.90₼
Arxalı canavar - Elxan Elatlı

Arxalı canavar - Elxan Elatlı

6.90₼
Arxalı canavar - Elxan Elatlı - SizinKitab Selcan adlı tələbə qız yay tətilində rayonda olarkən sevgilisi Bakıdan onu görməyə gəlir. Hər iki gənc elə həmin gün də müəmmalı şəkildə yoxa...
6.90₼
Uğursuz gecə - Elxan Elatlı

Uğursuz gecə - Elxan Elatlı

8.90₼
Uğursuz gecə - Elxan Elatlı - SizinKitab Nihal ilk baxışdan xoşbəxt qadındır. Gəncdir, gözəldir, həyat yoldaşı onu sevir, iki uşağı, sevdiyi işi, şəhərin mərkəzində ev-eşiyi var. Maddi cəhətdən heç bir...
8.90₼
Mərtəbələr - Elxan Elatlı

Mərtəbələr - Elxan Elatlı

6.90₼
Mərtəbələr - Elxan Elatlı - SizinKitab İbrahimi xoşbəxt ailə başçısı, bəxti gətirmiş kişi saymaq olar. Özü ali təhsilli müəllim olsa da, ailəsini daha yaxşı dolandırmaq üçün işini buraxıb taksi sürür....
6.90₼
Ən yaxın planet - Elxan Elatlı

Ən yaxın planet - Elxan Elatlı

8.90₼
Ən yaxın planet - Elxan Elatlı - SizinKitab İstedadlı fizik Aqşin Fəridzadə müdafiə sənayesi üçün əhəmiyyətli ixtiralar edir. Elmi işini nə qədər gizlin aparsa da, Fransa kəşfiyyatı bundan xəbər tutur...
8.90₼
Armed Mişel - Elxan Elatlı

Armed Mişel - Elxan Elatlı

8.90₼
Armed Mişel - Elxan Elatlı - SizinKitab  Özünə gəlib gözünü açanda artıq almanların əlində əsir idi. Həm də ağır yaralanmışdı. Bir anlıq düşündü ki, ömrünün son saatlarını, bəlkə də son...
8.90₼
Xəyanət - Elxan Elatlı

Xəyanət - Elxan Elatlı

9.40₼ 7.70₼
Xəyanət - Elxan Elatlı Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub.Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyatına,...
9.40₼ 7.70₼
On dördüncü adam - Elxan Elatlı

On dördüncü adam - Elxan Elatlı

9.90₼ 8.50₼
On dördüncü adam - Elxan Elatlı - SizinKitab Detektiv əsərlər müəllifi Elxan Elatlının "On dördüncü adam" romanı bir insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatdan bəhs edir. Roman detektiv...
9.90₼ 8.50₼
Qanunsuz əməliyyat - Elxan Elatlı

Qanunsuz əməliyyat - Elxan Elatlı

8.90₼
Qanunsuz əməliyyat - Elxan Elatlı Elxan Elatlının "Qanunsuz əməliyyat" detektiv-macəra romanında söhbət 24 il əvvəl baş vermiş qətlin məxfi agent Gültən Dəmirli tərəfindən yenidən araşdırılmasından və şəhərdə təxribatlar törədən mütəşəkkil...
8.90₼
Görünməyən izlər - Elxan Elatlı

Görünməyən izlər - Elxan Elatlı

7.90₼
Görünməyən izlər - Elxan Elatlı Yağışlı bir noyabr səhərində tanış polis kapitanı müstəqil cinayət-axtarış eksperti Qanbay Qasımlıya zəng vurub Humay adlı gənc qızın tək yaşadığı kirayə mənzildə qətlə yetirildiyini xəbər verir. Deyir ki,...
7.90₼
Ələkeçməz Yaquar  - Elxan Elatlı

Ələkeçməz Yaquar - Elxan Elatlı

7.90₼
Ələkeçməz Yaquar  - Elxan Elatlı Ailəsi ilə Rusiyanın kiçik bir şəhərində yaşayan azərbaycanlı iş adamı Fikrət Nəzərlinin yeni tikilmiş qoyun ferması naməlum şəxslər tərəfi ndən yandırılır. Bir həftə sonra isə ona anonim məktub...
7.90₼
Adsız tablo - Elxan Elatlı

Adsız tablo - Elxan Elatlı

7.90₼
Adsız tablo - Elxan Elatlı İstedadlı gənc rəssam Fəxri Muradlı öz mənzilində balta ilə qətlə yetirilir. Bütün şübhələr üzbəüz mənzildə yaşayan Cəfərə yönəlir. Cəfər həbs olunur. Çoxu bu fi kirdədir ki, o, arvadı...
7.90₼

Elxan Elatlı kitabları

Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.

1980–1985-ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001-ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı("Qisas gecəsi"), digəri psixoloji roman ("Mərtəbələr") və "Xəstə ruhlar" əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. "Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

Əsərləri

  • "Ağrıyır ürəyim, ağrıyır yaman" (şeirlər)
  • "Səhv edirik biz" (şeirlər və qəzəllər)
  • "Axtar məni" (şeirlər və qəzəllər)
  • "Seçilmiş şeirləri" (şeirlər, poemalar)
  • "Düşün bir az" (məntiqi riyaziyyat məsələləri)
  • "Maraqlı məntiq məsələləri"
  • "Yeddinci mərtəbədə qətl" (detektiv povest və hekayələr)
  • "İtmiş qızın axtarışı" (detektiv povest və hekayələr)
  • "Pəncərədə görünən kölgə"
  • "Xəyanət" (Qanbay Qasımlı)
  • "Qan ləkəsi" (Ələmdar Məlikov & Allahverdi Əbilov)
  • "Bakıdan gələn xəfiyyə" (Qanbay Qasımlı)
  • "Dilənçi qadının sirri" (Qanbay Qasımlı)
  • "Cəhənnəmdən gələn səs" (Ələmdar Məlikov — həmçinin rus dilində "Голос из ада")
  • "Görünməyən izlər"(Qanbay Qasımlı)
  • "Qisas gecəsi" (Mübariz İbrahimova həsr olunmuş qəhrəmanlıq romanı)
  • "Arxalı canavar" (Qanbay Qasımlı & Ələmdar Məlikov)
  • "Ələkeçməz yaquar" (Ayxan Asayev & Melissa)
  • "Ən yaxın planet" (Ələmdar Məlikov)
  • O gecə yağış yağırdı
  • "Seçilmiş cəza"(Qanbay Qasımlı)
  • "Adsız tablo"
  • "Mərtəbələr" (psixoloji roman)
  • "Niyə susursan, polkovnik?"(Qanbay Qasımlı)
  • "Qanunsuz əməliyyat" (Ələmdar Məlikov & Gültən Dəmirli)
  • "Xəstə ruhlar" (tarixi-detektiv roman, Qanbay Qasımlı)
  • "Məhəbbətin gizli kodu" (Qanbay Qasımlı)
  • "14-cü Adam" (Qanbay Qasımlı)
  • "Ölüm ağacının kölgəsində" (Ələmdar Məlikov & Gültən Dəmirli)
  • "Eksperiment" (Karyera romanı)
  • "Qanbay Qasımlının xəfiyyələri" (detektiv — Seldan Ayazlı və Elmar Bayarlı)
  • "Armed Mişel" (Tarixi roman)
  • "Uğursuz gecə" (Qanbay Qasımlı)
  • "Alternativ əməliyyat" (Ələmdar Məlikov, Gültən Dəmirli, Ayxan Asayev)
  • "Susan qadın" (Qanbay Qasımlı)
  • "Qazinin ölümü"

 

Əsərlərinin əsas obrazları

Qanbay Qasımlı — "Qara xəfiyyə", İstefada olan polis polkovniki, cinayət axtarış eksperti. 12 yaşında evlərində olan qaz partlayışı səbəbi ilə valideynlərini itirmişdir. (On beş il əvvəl Moskvada Baş Cinayət Axtarış İdarəsində çalışıb. Orada yaxşı ad-san qazanıbmış. Ona "Qara xəfiyyə" deyirlərmiş. Sonra həyat yoldaşı Olqanı və körpə qızı Tahirəni vəhşicəsinə öldürüblər. O da intiqamını Sergey adlı dəstə başçısından aldıqdan sonra istefa verərək Bakıya qayıdıb. İndi tək yaşayır. Tanınmış qəzetlərdən birində şöbə müdiri işləyən Nemət Sabirli (on ildən bəri tanıdığı, neçə tədqiqat işində birlikdə olduğu, hərdən mənzilinə gəlib onunla söhbət edən, şahmat oynayan jurnalist dostu) ilə qapı qonşudur. Bakıya təzə gələndə bir-iki il Polis Akademiyasında saathesabı mühazirə oxuyub. Amma indi maraqlı təhqiqat işi olanda müstəqil məşğul olur. Həyata onu yenidən bağlayan Nilufər adlı xanımla ikinci dəfə ailə həyatı qurub və hazırda Aqil adlı bir oğul övladları var. Ancaq təəssüf ki, Aqil 4 yaşında olduğu vaxt ağır bir xəstəlik tapır və müalicə üçün atası ilə birlikdə İsrailə getsədə onu sağlamlığına qovuşdurmaq mümkün olmur. Sonradan aralarında yaranmış inciklik və söz söhbət səbəbindən Nilufər xanımdan da ayrılır.

Ələmdar Məlikov — "Leopard", Məxfi Şöbənin gizli agenti (Onun məxfi şöbədə qeyd olunmuş gizli adı Leoparddır. Milliyətcə Azərbaycan Türküdür. Ali kəşfiyyat məktəbini bitirib. Şöbənin ən etibarlı agenti hesab olunur. Hərbi rütbəsi mayordur. Güclü qavrama, müşahidə qabiliyyətinə malik, son dərəcə cəsarətli bir kəşfiyyatçıdır. Gəldiyi düzgün məntiqi qərarlarla tərəddüd etmədən hökm verməsi əsas xüsusiyyətlərindən biridir. Rus, ingilis, erməni dillərini mükəmməl bilir. Vətənpərvərdir. Milli hissiyatı çox güclüdür. Qeyri-adi fiziki gücə və hazırlığa malikdir. Əlbəyaxa döyüşün bütün üsullarına bələd olmaqla, silahlardan da bacarıqla istifadə edə bilir. "Qara kəmər"sahibidir. Mənfi xüsusiyyətləri: kinlidir, çılğındır, şəxsi hissləri bəzən ümumi məqsədləri üstələyir.)

Gültən Dəmirli — "Vaşaq", Məxfi Şöbənin gizli agenti (Dünyaya gəldikdən sonra anası tərəfindən körpənin həyatını xilas etmək məcburiyyətdən uşaq evinə atılan və Polkovnik Baratov tərəfindən götürülüb Vətənin qızı kimi yetişdirilən, bir çox döyüş sənətinin mahir ustasıdır "Vaşaq". Hazırda əsgər həyatına bənzər bir ömrü tək yaşayır. Ələmdar Məlikovun gizli və aşkar aşiqidir Gültən Dəmirli)

Ayxan Asayev — Ələkeçməz Yaquar əsərindəki Axilles ləqəbli qəhrəman (Bu oğlan elə Axillesin özüdür. Yəni, Axilles ləqəbidir bunun. Rəsmi adı Ayxan Asayevdir. Bu adı atası verib ona. Sumqayıtda doğulub. Anası isə çeçen olub. Kazanda yaşayıblar. Ayxan da elə orada anadan olub. Əfqanıstanda, İraqda, Türkmənistanda müxtəlif ağır əməliyyatlarda iştirak edib. Neçə dəfə çox təhlükəli vəziyyətlərdən sağ-salamat çıxıb. Ayxan Asayevi tapmaq və ya öldürmək o qədər də asan məsələ deyil. Axilles ləqəbini almasına səbəb-dəfələrlə ölüm təhlükəsindən qurtulması və bir növ gülləbatmaz olduğu üçündür. Yunan mifologiyasında Axilles əfsanəvi qəhrəman olub. Guya anası oğlunu ölməz etmək üçün onu yeraltı müqəddəs Stiks çayının suyuna salıb. Suya salarkən dabanından tutduğu üçün ora müqəddəs su dəyməyib və Axillesin yeganə zəif yeri dabanı olub. Yaşının az olmağına baxmayaraq, kifayət qədər təcrübəlidir. Bir il ciddi xəfiyyə məktəbi keçib. Növbəti iki ildə isə müstəqil olaraq, doqquz cinayətin üstünü açıb. Axilles çox kinli və qətiyyətlidir. Qarşısına qoyduğu məqsədə çatmaq üçün heç nədən çəkinən deyil.

Mübariz İbrahimov — "Qisas gecəsi" əsərinin qəhrəmanı (Azərbaycanın Milli Qəhrəmanı) — Azərbaycan–Bir xain erməni millətinin ucbatından başı həmişə olmazın müsibətlər, bəlalar çəkmiş qədim türk yurdu. Azərbaycanın bir parçası Biləsuvar.

Biləsuvarın Əliabad kəndi. 1988-ci ilin soyuq fevral ayında bu kənddə bir oğlan uşağı dünyaya göz açdı. Qonur gözlü, ay parçası kimi yaraşıqlı bu körpənin dünyaya gəlişindən Dünya xəbər tutmadı. Çünki o ən adi bir insan övladı kimi, sadə bir türk ailəsində doğulmuşdu. 

(Elxan Elatlı "Qisas gecəsi" romanından) İbrahimov Mübariz Ağakərim oğlu.

Bir cəsur ürək… Bir Türk əsgəri… 19 iyun 2010-cu il tarixində, gecə saat 23:30 radələrində Mübariz kimsəyə xəbər vermədən sadəcə, "Şəhid olsam üzülməyin. Vətən sağ olsun!" deyə bir məktub yazdı və Ermənistan sərhədinə basqın etdi. Erməni dəstək qüvvələri ilə 5 saata yaxın vuruşan qəhrəman Mübariz səhərə doğru şəhid olur. Ermənilər hətta Mübarizin cəsədindən belə qorxaraq əllərini bağlamış, şəkillərini çəkərək Rus mediyasında yayınlamışdılar.