Eksperiment - Elxan Elatlı

Eksperiment - Elxan Elatlı

8.50₼
Məhsul haqqında

Eksperiment - Elxan Elatlı - SizinKitab

Elxan Elatlı "Eksperiment" romanında 70 ildən artıq hökmranlıq etmiş sovet diktaturasının əsl üzünü, saxtakar simasını göstərməklə gənclərimizi dövlət müstəqilliyinin qədrini bilməyə çağırır. Roman yazıçının əvvəlki əsərlərindən kəskin fərqlənir. Belə ki, onu ədəbiyyatımızda ilk uğurlu karyera romanı da adlandırmaq olar.
Uzaq bir kənddə yazıb-oxumağı bacarmayan, olduqca çirkin, mənəviyyatca az qala bütün mənfilikləri özündə cəmləmiş bir naxırçı ilə rastlaşan nazir Rəfizadə eksperiment marağı xatirinə onu paytaxta aparıb hərtərəfli dəyişmək, sonda öz tabeliyindəki zavodların birinə direktor müavini təyin etmək qərarına gəlir. Jurnalist dostu bunun əsla mümkün olmayacağını desə də nazir fikrindən dönmür. Naxırçını şəhərə apararaq onun həm zahiri baxımdan, həm də mənən dəyişdirilməsi prosesinə başlayır və tabeliyindəki bəzi adamları da bu işə qoşur.
Nəticə necə olur? Nazir həmin mənfi tipi nəzərdə tutduğu mərtəbəyə yüksəldə bilirmi? Vəzifə pillələrində addım-addım yüksələn naxırçının psixologiyasında nələr baş verir? Bəs apardığı eksperiment nazirin özünə nə qazandırır? Bu suallara sonsuz maraqla oxuyacağınız romanda cavab tapacaqsınız.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan dilində

Yumşaq üz qabığı

392 səhifə

Ölçü: 125x186 mm

Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın