
Xəyanət - Elxan Elatlı
Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub.
Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyatına, qadın-kişi münasibətlərinə, qısa müddətdə əyri yollarla varlanmaq istəyən qəddar adamların şeytani xislətinə və digər mövzulara da toxunulur.
Gənc tələbə qız ata-anasına məktub yazaraq namusunun bir nazir tərəfindən ləkələndiyini bildirir və zəhər içib intihar edir. Təhqiqat başlayandan az sonra həmin nazirin özünü güllələməklə intihar etməsi xəbəri yayılır. Bundan sonra əsl psixoloji müharibə başlayır. Bu cinayətin izinə düşmüş xəfiyyəyə sui-qəsd edilir. Sui-qəsd cəhdini nazirin sağ əli olan adamın qulbeçəsi gerçəkləşdirsə də, o, tamam başqa bir ittihamla həbs edilir və tezliklə təcridxanada meyiti tapılır. Amma naməlum qüvvələr xəfiyyədən əl çəkmir və ona ikinci dəfə sui-qəsd edirlər. Ardınca mərhum nazirin arvadı dəhşətli qəzada ölür. Kələf isə açılmır ki, açılmır...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Azərbaycan dilində
404 səhifə
Ölçü: 120x185 mm
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
