Ələkeçməz Yaquar  - Elxan Elatlı

Ələkeçməz Yaquar - Elxan Elatlı

7.90₼
Məhsul haqqında

Ələkeçməz Yaquar  - Elxan Elatlı

Ailəsi ilə Rusiyanın kiçik bir şəhərində yaşayan azərbaycanlı iş adamı Fikrət Nəzərlinin yeni tikilmiş qoyun ferması naməlum şəxslər tərəfi ndən yandırılır. Bir həftə sonra isə ona anonim məktub gəlir: “Çıx get buradan, yoxsa sən də, bütün ailən də məhv ediləcəksiniz”. İş adamı bu təhdidə əhəmiyyət vermir. Səhvi də elə burada olur. Bir həftədən sonra böyük oğlu güllələnib öldürülür. Şahidlər hər iki hadisə ilə bağlı qara rəngli “Yaquar” avtomobilindən bəhs edirlər. Fikrətin Moskvada yaşayan hüquqşünas dostu baş verənləri araşdırmaq üçün gənc detektivlər Ayxan Asayevi və Melisa Kazakovanı şəhərə gətirir. Onlar dərhal işə başlayır. Az sonra Melisa naməlum şəxs tərəfindən qətlə yetirilir. Şahid ifadələrinə görə, güllə qara “Yaquar”dan atılıbmış. Asayev sevimli dostunun ölümündən sarsılıb özünə qapanır, günün çoxunu içməklə və yatmaqla keçirir. Ələkeçməz “Yaquar” isə öz qurbanlarının sayını artırmaqda davam edir. Artıq bütün şəhər əhalisi qorxu içindədir, küçədə qara “Yaquar” görəndə hamı qeyri-ixtiyari olaraq vahimələnir. Fikrət çıxılmaz vəziyyətdədir. Bütün qəzəbini Asayevin üstünə töküb ondan evini və şəhəri tərk etməsini tələb edir. Az sonra isə Fikrətə məlum olur ki, bütün bu qanlı hadisələrin daha qorxunc səbəbləri varmış...

Azərbaycan dilində

ISBN: 9789952563115

280 səhifə

Ölçü: 130x198 mm

Yumşaq üz qabığı

Qiymət: 7.90 AZN
Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın