Cənnət kimi - Cudit Maknaut - SizinKitab
SizinKitab

Cənnət kimi - Cudit Maknaut

Əsas qiymət 14.00₼
/

Cənnət kimi - Cudit Maknaut - SizinKitab

Tarixi sevgi romanları ustası Cudit Maknautun “Cənnət kimi” əsəri XVIII əsr İngiltərəsində cərəyan edən bir eşq hekayəsidir. Ali zümrənin prinsiplərindən, onun əyləncə və fitnələrindən xəbərsiz olan əyalət əsilzadəsi, gənc və gözəl Elizabet Kameron elitanın hansısa ziyafətində sirli bir kişi ilə – İan Torntonla tanış olur. Aralarında ilk baxışdan ötəri münasibətləri xatırladan qısa ünsiyyət yaranır. Nəticədə Elizabet ali zümrədən uzaqlaşdırılır, səfalət girdabına və dilə-dişə düşür. Qız bu çətinliklərə mətanətlə sinə gərir, özünü sındırmır.

Elizabet məsum, sadəlövh və məğrur, zadəganların çox da yaxınlıq vermədiyi Tornton təcrübəli və yaraşıqlı, düşmən məkrli, zəmanə isə amansızdır. Müəllif ehtiras və nifrətdən, sevgi və xəyanətdən gözəl bir eşq dastanı yoğurub. Oxucu bəzən bu kələfin heç vaxt açılmayacağını düşünür...

Azərbaycan dilində

ISBN: 9789952515299
Yumşaq üz qabığı
632 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 14.00 AZN