Həsrətdən doğan sevgi - Ceymi Bek - SizinKitab
SizinKitab

Həsrətdən doğan sevgi - Ceymi Bek

Əsas qiymət 10.80₼
/

Həsrətdən doğan sevgi - Ceymi Bek - SizinKitab

Düz 13 il əvvəl Vivi LeBran rəfiqəsinin evində oturub rəsm çəkərkən ağlına da gəlməzdi ki, onun qardaşına - Deyvid Sent-Ceymsə aşiq olacaq. Onsuz da çətin həyatı olan Vivinin həmin andan etibarən əzab dolu günləri başlayır. Çünki Deyvid onu, sadəcə, ailəsinin bir üzvü və yaxın dostu kimi sevir. 13 il çəkdiyi həsrət və iztirabdan sonra Sent-Ceymslərlə Blok-Ayləndə istirahətə gedərkən Vivi yenə də, nəhayət, Deyvidin onu dosti kimi deyil, həyatını birləşdirəcəyi, ailə quracağı bir qadın kimi sevəcəyinə və qəbul edəcəyinə ümid edir.

Anasının vəfatından sonra Deyvid ailə üzvlərindən tamamilə uzaqlaşıb. Bu, hər kəsə müəmmalı görünsə də, Deyvid ailəsini darmadağın edəcək qorxunc bir sirri gizli saxlamaq üçün doğmalarından uzaq durur. İndi yenidən ailəsinin yanına qayıdan Deyvid sevgilisini də özü ilə gətirib. Bu, Viviyə daha bir zərbə olsa da, o, Deyvidi yenə də qəlbindən çıxara bilmir. Uzun müddətdən sonra yenidən Vivi ilə qarşılaşması isə Deyviddə qəribə hislər oyadır. Artıq Deyvidin qarşısında hər zaman zarafatlaşdığı “balaca dost”u deyil, onu ehtirasa gətirən bir qadın dayanıb. Deyvid qəlbində cücərən bu sevgini doğmalarının xatirinə boğmağa çalışır. Lakin o buna cəhd etdikcə hadisələr daha da gərginləşir və Deyvid Vivini itirmək təhlükəsi ilə üz-üzə qalır.

Azərbaycan dilində

ISBN: 9789952515022
Yumşaq üz qabığı
392 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 10.80 AZN