Cənnət - Cudit Maknaut - SizinKitab
SizinKitab

Cənnət - Cudit Maknaut

Əsas qiymət 17.50₼
/

Cənnət - Cudit Maknaut - SizinKitab

 "New York Times"ın bestsellerlər müəllifindən
Cudit Maknaut
"Cənnət"

"New York Times" reytinqində bir nömrəli bestseller olan "Sənə qovuşanadək" romanının müəllifi

"New York Times" reytinqinin bərk cildli blokbasteri nəhayət ki, yumşaq cilddə!

"Birnəfəsə oxunan sevgi romanı..." - "USA Today"

"Cudit Maknautun yazdığı növbəti bənzərsiz sevgi romanı, şübhəsiz ki, oxucuların zövqünü oxşayacaq..." - "Dallas Times Herald"
"Cəlbedici məhəbbət romanıdır... Maknaut məftunedici hekayə yaradıb" - "Publishers Weekly"

“New York Times” reytinqində bir nömrəli bestsellerin müəllifi Cudit Maknaut növbəti gözəl romanı ilə oxucularının görüşünə gəlib. Gənclik ehtirası, ailə dəyərləri, dərin emosional hisslər keçmiş sevgililəri yenidən, tamam başqa mühitdə bir araya gətirir, onlara ikinci dəfə şans verir. Əsərin qəhrəmanları sarışın gözəl Meredit Bənkroft və cazibədar, diribaş maqnat Metyu Farreldir. Xəyanət və fitnələrin qurbanı olan iki gənc keçmiş münasibətlərini nifrətlə yad edir. Lakin Bənkroftlar ailəsinin səltənəti başqa korporasiya tərəfindən udulmaq təhlükəsi qarşısında qalanda Meredit Metyunun qapısını döyməyə məcbur olur. Aralarındakı münaqişə yenidən baş qaldırır, onu səngitmək cəhdləri isə qəhrəmanların keçmiş romantik hisslərini oyadır. Yenidən tərəddüd, məyusluq, narahatlıq girdabına..., nəhayət, eşqə düşürlər. Cudit Maknaut dərin, çılğın, romantik hisslərlə, incə duyğularla dolu təsvirləri ilə “Cənnət”ə öz möhürünü vurub. Şübhəsiz ki, bu, müəllifin əsas üstünlüyüdür. Nəticədə əsər çox yaddaqalan eşq hekayəsinə, əbədi bir xəzinəyə çevrilib.

Azərbaycan dilində

ISBN: 9789952515169
Yumşaq üz qabığı
780 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 17.50 AZN