Ulduz elmi və Orta əsrlər Azərbaycan ədəbiyyatı - Firudin Qurbansoy - SizinKitab
SizinKitab

Ulduz elmi və Orta əsrlər Azərbaycan ədəbiyyatı - Firudin Qurbansoy

Əsas qiymət 8.40₼
/

Ulduz elmi və Orta əsrlər Azərbaycan ədəbiyyatı - Firudin Qurbansoy - SizinKitab 

Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun "Ulduz elmi və Orta əsrlər Azərbaycan ədəbiyyatı" adlı monoqrafiyası bu mövzuda yazılmış ilk əsərdir. Əsərdə ulduz elminə dair kifayət qədər geniş məlumat verilir, onun tədqiqat sahələrinin özünəməxsusluğu araşdırılır.
Minilliklər boyunca təşəkkül tapan və təkamül edən bu elmin həm nəzəri, həm də təcrübi sahələri son illərdə inkişaf edib. Azərbaycan şairləri orta əsrlər elm və təhsil sisteminə müvafiq olaraq, ulduz elminə dair bilikləri də öyrənir, yeri gəldikcə, bundan öz əsərlərində bədii deyim vasitələri şəklində istifadə edirdilər. Ulduzlar haqdakı biliklər və onun poeziyada əksi məsələsi bu kitabda faktiki materialların bazasında təqdim olunur.
Kitabda kosmosun insanın xarakterinə, səhhətinə təsiri məsələsinə də yer ayrılıb. Geniş oxucu kütləsini maraqlandıran bir sıra məsələlər də əsərdə öz əksini tapır.
Ümid edirik ki, fars, ərəb, türk və rus dillərindəki elmi-nəzəri və praktik qaynaqlardan istifadə olunmaqla yazılan bu əsər kitab rəfinizdə layiqli yerini tutacaq.

Azərbaycan dilində


Yumşaq üz qabığı

124 səhifə

Ölçü: 148X210 mm