Tarixin sonu və sonuncu insan - Frensis Fukuyama - SizinKitab

Tarixin sonu və sonuncu insan - Frensis Fukuyama

17.99₼
Məhsul haqqında

Tarixin sonu və sonuncu insan - Frensis Fukuyama - SizinKitab

Kitab haqqında


Frensis Fukuyama – tanınmış amerikan filosofu, politoloqu, siyasi iqtisadçısı və yazıçısıdır. Fukuyamanın 1992-ci ildə çap etdirdiyi, çox keçmədən dünyanın 20-dən artıq dilinə tərcümə edilərək beynəlxalq bestsellerə çevrilmiş “Tarixin sonu və sonuncu insan” əsəri onun dünya şöhrətli alim kimi tanınmasına səbəb olub.

Fukuyamanın təqdimatında tarixin sonu heç də tarixi proseslərin dayanması və insanlığın inkişafının sona çatması kimi şərh edilmir, bu, sadəcə, insanların qarşılıqlı münasibətlərində, cəmiyyətdaxili və ölkələrarası əlaqələrdə, münaqişə və qanlı savaşlara gətirib çıxaran iqtisadi, siyasi, mənəvi amillərin aradan qalxması və öz yerini iqtisadi sahədə azad bazar münasibətlərinə əsaslanan kapitalizmə, idarəetmədə isə insanların universal bərabərliyi prinsipinə əsaslanan liberal demokratiyaya, respublika idarə üsuluna verməsidir.


Fukuyama özünün tarix konsepsiyasını əsaslandırmaq üçün ən müxtəlif mənbələrdən, indiyədək mövcud olmuş aparıcı elmi-fəlsəfi cərəyanlardan söz açır və inandırıcı dəlillərlə oxucunu addım-addım “tarixin sonuna” yaxınlaşdırır.
Səhifə sayı - 528
AB 022051 / İN 0405
Cild - Yumşaq

Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın