Yeraltı dəmiryolu - Kolson Uaythed - SizinKitab
SizinKitab

Yeraltı dəmiryolu - Kolson Uaythed

Əsas qiymət 11.90₼
/

Yeraltı dəmiryolu - Kolson Uaythed - SizinKitab

Kora Corciya ştatındakı pambıq plantasiyalarının birində qul həyatı yaşayır. Qullar burada cəhənnəm əzabı çəkir, lakin Kora daha acınacaqlı vəziyyətdədir. Öz afrikalı həmvətənləri arasında da əsl sürgün həyatına məhkumdur. Böyüdükcə qadın olmağın cəzasını çəkir. Virciniyadan gəlmiş Sezar adlı bir qul Koraya yeraltı dəmiryolu haqda danışır və onlar başlarına gələcəklərdən qorxmadan Şimal ştatlarına qaçmaq qərarına gəlirlər. Cənub ştatlarında yeraltı dəmiryolu həqiqətən var, sınıq-salxaq bir vaqondan və buxarla işləyən lokomotivdən ibarət qatar qaçaq qulları gizli yeraltı yolla Cənubun zülmündən xilas edib quldarlığın ləğv olunduğu Şimala aparır. Kora və Sezar Cənubi Karolinada vaqondan düşür, bir müddət burada yaşayandan sonra özlərini cənnətdəki kimi hiss edirlər. Lakin tezliklə məlum olur ki, bu ştatın sakit görünüşü əslində qaradərililəri gözləyən cəhənnəmi pərdələyirmiş. Ən dəhşətlisi də odur ki, Corciyadan bura məhz Koranı tutmağa gələn qəddar qul ovçusu Ridvey artıq onu tapmaq üzrədir. Ələ keçməmək üçün yenə qaçmağa məcbur olan Kora bu dəfə təkbaşına yola çıxır, azadlığa qovuşduğuna əmin olanadək bir ştatdan digərinə keçir.

Azərbaycan dilində

Yumşaq üz qabığı

524 səhifə

Ölçü: 120x185 mm