Sənə qovuşanadək - Cudit Maknaut - SizinKitab
SizinKitab

Sənə qovuşanadək - Cudit Maknaut

Əsas qiymət 14.00₼
/

Sənə qovuşanadək - Cudit Maknaut - SizinKitab

"İnsanlar neçə illər idi ki, bu romanı gözləyirdilər. "Sənə qovuşanadək" romanı sizi duyğular okeanında gəzintiyə çıxaracaq" - Keti Robin, "Romantic Times"ın redaktoru, "USA Today"

"New York Times"ın əsərləri ən çox satılan müəlliflərindən biri Cudit Maknaut yenidən Uestmorelandlar ailəsi hekayətinə qayıdaraq, pərəstişkarlarının "Uitni - mənim sevgim" romanından bəri gözlədiyi hekayəni qələmə aldı. Vəhşi Amerika çöllərindən 1820-ci ilin Londonuna, zərif bal salonlarına aparan möhtəşəm sevgi nağılında gözəl, cəsarətli bir qız romantik macəraya atılır.
Zəngin, gənc xanımlar üçün məktəbdə müəllimə işləyən Şeridan Bromley İngiltərədə nişanlısı ilə görüşə gedən tələbələrindən birini - Çariz Lankasteri müşayiət etmək üçün yola çıxır. Gənc həyat yoldaşı başqa bir adama qoşulub qaçandan sonra Şeridan fikirləşir ki, görəsən, bunu Çarizin nişanlısı Lord Börltona necə izah edəcək.

Sahildə gözləyən Lanqford qrafı Stefen Uestmoreland ona yaxınlaşan gənc qadının Çariz Lankaster olduğunu düşünür və ona nişanlısı Lord Börltonun bir gecə qabaq öldüyünü, bu qəzada özünün günahkar olduğunu izah edir. Şeridan ağzını açıb danışmaq istəyərkən yuxarıdan başına ağır şey düşdüyündən huşunu itirir. Üç gün sonra Şeridan Bromley gözlərini Stefen Uestmorelandın London iqamətgahında açır. Lakin yaddaşını itirir və kim olduğunu xatırlamır. Hamı onun xanım Lankaster olduğunu zənn edir. Şeridan isə bircə onu bilir ki, bu yaraşıqlı, başgicəlləndirici dərəcədə cazibədar ingilis qrafına vurulub və qarşıda onu gözləyən həyat gözəlliklərlə doludur...

“Cudit Maknaut dövrümüzün ən gözəl nağılçılarından biridir” – “Affaire de Coeur”

 

Azərbaycan dilində

ISBN: 9789952513998
Yumşaq üz qabığı
508 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 14.00 AZN