Bazar ertəsinə qədər evlənməli - Ketrin Baybi - SizinKitab
SizinKitab

Bazar ertəsinə qədər evlənməli - Ketrin Baybi

Əsas qiymət 0.00₼
/

Bazar ertəsinə qədər evlənməli - Ketrin Baybi - SizinKitab

Karter Billinqs:

Baxışından Hollivud ulduzlarına bənzəyən açıq sarı saçlı Karter istənilən qadının ürəyini fəth edə bilərdi. O, Kaliforniya qubernatoru kürsüsünü tutmaq üçün seçkilərə qatılanda öyrənir ki, tezliklə ailə qurmalı, subaylığa mümkün qədər tez son qoymalıdır. Karter müəyyən məqsədlə evlənənlərə "elçilik edən" firmanın sahibi Eliza Havenslə tanış olur və bu tanışlığın sonu yataqda bitir. Karter onunla evlənir...

Eliza Havens:

Eliza ən yaxın rəfiqəsinin onu ürəkdən sevən varlı bir kişiyə ərə getməsinə çox sevinir. Rəfiqəsinin əri Bleyk Harrisonun ən yaxın dostu, yaraşıqlı Karter Billinqs onun ağlını başından alır. O vaxtacan heç bir kişi onun ürəyinə sahib olmamışdı. Eliza işlədiyi firmada bir-birinə uyğun gələnləri tanış etməklə çörəkpulu qazanır, neçə illər heç kimə açmadığı bir sirrə görə evlənmək yadına da düşmür. Ta Karter Billinqslə tanış olana qədər...

Azərbaycan dilində

ISBN: 9789952515008
Yumşaq üz qabığı
336 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 9.20 AZN