Qara qan - Fazil Güney - SizinKitab
SizinKitab

Qara qan - Fazil Güney

Əsas qiymət 30.00₼
/

Qara qan - Fazil Güney - SizinKitab

Kitab haqqında


Melodramatik süjeti olan romanın 1-ci kitabında erməni işğalçılarının Dağlıq Qarabağda etnik təmizləmə
apardıqdan sonra xarici güclərin köməyi ilə Düzən Qarabağa hücumundan, aborigen əhalinin
min illərlə yaşadığı yurdlarından qovulmasından,
ata yurduna toy mərasiminə gəlmiş gənc jurnalist
Aysunun girov götürülməsindən, onun düşdüyü ağır durumdan, hay-erməni vəhşiliyindən danışılır.
2-ci kitabda hadisələr Qarabağın güneyindən mərkəzinə – Şuşa və Xankəndi şəhərlərinə keçir, girov
Aysu Şuşaya gətirilir. Qarabağın bu baş şəhərinin işğaldan sonrakı durumu, Şuşa həbsxanasında saxlanan
azərbaycanlı əsir və girovların cəhənnəm əzabı yaşamaları haqqında danışılır. Sonrakı fəsillərdə
Ali Baş Komandan Heydər Əliyevin qurduğu yeni ordunun hücuma keçməsindən, Füzuli və Cəbrayıl
bölgələrində 23 kənd və qəsəbənin düşməndən təmizlənməsindən və s. acılı-şirinli, ölümlü-qalımlı tarixi
yaşantılardan bəhs edilir.
3-cü kitabda sinirləri çox pozulmuş Aysunun Şuşada doğulmuş körpə əkizləri ilə Bakıya dönməsindən,
dövlətçiliyə qarşı hərbiləşdirilmiş üsyançıların ləğv edilməsindən,
təmas xəttindəki toqquşmalardan,
güclənmiş Azərbaycanın regionda söz sahibinə
çevrilməsindən, əcnəbi dövlətlər tərəfindən ona
təzyiqlərdən, cəmiyyətdəki təzadlardan söhbət açılır, cəbhədə ermənilərin təxribatlarından, Azərbaycan
Ordusu hərbçilərinin düşmən dəstələri ilə döyüşə girməsindən, öz ölkələrini tərk edən Ermənistan
vətəndaşlarının Azərbaycana da pənah gətirməsindən, tarixi Aprel döyüşlərindən bəhs edilir.
Trilogiya Azərbaycan Ordusunun Ali Baş Komandanı Prezident İlham Əliyevin başçılığı ilə 44 günlük
müharibədə Ermənistan Ordusunu darmadağın edib, işğal edilmiş torpaqları düşməndən təmizləməsi,
dövlət sərhədlərini bərpa etməsi ilə bitir.
Səhifə sayı - 1056
ISBN 978-9952-38-136-8
Cild - Qalın