Mantissa - John Fowles - SizinKitab
SizinKitab

Mantissa - John Fowles

Əsas qiymət 11.99₼
/

Mantissa - John Fowles - SizinKitab

Kitab haqqında


“Mantissa” Faulzun yaradıcılığında ən kəskin tənqidlərlə
üzləşən romandır. Bəs, bu kütləvi tənqidin səbəbi nə
idi? Erotika? Bu, Faulzun yaradıcılığının ana xəttidir.
Yazıçı Mayls Qrin gözünü xəstəxana otağında açır. O,
yaddaşını tamamilə itirmiş vəziyyətdədir. İlham pərisi
Erato da öz növbəsində qayğıkeş həkim, onu anti-feminist,
burjua elitist kimi tənqid edən, “ədəbi cinayətləri”
ndə günahlandıran pank, bir geyşa və Qrinin yarı bulanıq
dünyasında nüfuzlu dryad kimi səhnəyə çıxır. Faulz
“Mantissa”da yazıçı Mayls Qrin ilə ilham pərisi arasındakı
fiziki və ruhi münasibəti qələmə alır. Con Faulz Mantisada
toxuduğu “zərif, lakin güclü tor”da ədəbiyyat, eşq və erotizmi
müxtəlif müstəvilərdə bir araya gətirsə də, oxucunu
əyləndirməklə yanaşı, düşündürməkdən əl çəkmir.
Səhifə sayı - 280
ISBN 978-9952-38-176-4
Cild - Yumşaq