Alma - J.M.Q. Lö Klezio - SizinKitab
SizinKitab

Alma - J.M.Q. Lö Klezio

Əsas qiymət 10.99₼
/

Alma - J.M.Q. Lö Klezio - SizinKitab

Kitab haqqında

Roman bir-biriylə əlaqəli iki hekayədən – insanlar tərəfindən nəsli kəsilmiş “Dodo” quşunu axtaran Jeremiylə insanları güldürmək üçün doğulmuş “Dodo” ləqəbli Dominikdən bəhs edir. Onları birləşdirən məkan isə Alma adasıdır. Yazıçı əsərdə şəkər qamışı plantasiyalarından, quldarlıqdan, insan ayağı dəyməyənə qədər adada məskunlaşmış əfsanəvi Dront quşundan, əvvəllər adanın onda doqquzunu örtən, qaçaq qulların xatirələriylə dolu olan, indi isə ovuc boyda qalmış meşələrdən bəhs edir. Ailəsinin keçmişdə gizli qalmış sirlərini araşdırmaq üçün adaya qayıdan Jereminin axtarışlarının iziylə gedərək, oxucuya bütöv bir tarixi dövrün, bu dövrün insanlarının, adından başqa heç nəyi olmayan qulların hekayətindən, quldar nəslindən olanların keçirdiyi günahkarlıq hissindən söz açır.
Səhifə sayı - 336
ISBN 978-9952-38-063-7
Cild - Yumşaq