Mənsiz gecə - Ələkbər Salahzadə
SizinKitab

Mənsiz gecə - Ələkbər Salahzadə

Əsas qiymət 3.80₼
/

Mənsiz gecə - Ələkbər Salahzadə 

Kitabda 60-cı illər ədəbi nəslinə mənsub olan, şair, tərcüməçi, dramaturq Ələkbər Salah­zadənin seçmə şeirləri toplanıb.
Ələkbər Salahzadə sözü mətnin içində azdı­rıb, onu başqa bir şeyə çevirib üzə çıxara bilirdi. O, lap əvvəldən missiyasını bilir, sakit davranır, necə deyərlər gözəl mətləbləri illərlə dilinin altında saxlamağı bacarırdı. Yalnız o zaman üzə çıxarırdı ki, buna ehtiyac duyulur, zamanı gəlirdi.
Ələkbər Salahzadə təsvirlərdən və mahiy-yəti tutub yaxalamaqdan qaçırdı, sadəcə ağlına, ürəyinə gələn mətnlərin içində yaşayırdı, özünü orada son damlasına qədər əridib vaxt vadisində əsrlərin qızıl tozundan mənalar emal edirdi.


Janr: Poeziya
Nəşriyyat: Qanun Nəşriyyatı
Cild: Yumşaq
Müəllif: Ələkbər Salahzadə
Səhifə sayı: 112
Seriya: Gizli Qalan İmzalar