Yeraltından qeydlər - Fyodor Dostoyevski - SizinKitab
SizinKitab

Yeraltından qeydlər - Fyodor Dostoyevski

Əsas qiymət 5.99₼
/

Yeraltından qeydlər - Fyodor Dostoyevski - SizinKitab


Dünya ədəbiyyatının birmənalı olaraq ən əhəmiyyətli müəlliflərindən biri kimi qəbul olunmuş dahi rus yazıçısı Fyodor Dostoyevskinin “Yeraltından qeydlər”i bədii nümunə olmaqdan çox insanlığın zaman içindəki təkamülünü və bu təkamül nəticəsində gəldiyi nöqtəni ən yaxşı izah edən əsər kimi tanınır. Xarakterin psixoloji analizini, onun ətrafındakı insan və hadisələrlə qarşıdurmalarını son dərəcə təbii və aydın şəkildə əks etdirən Dostoyevski, bu əsərlə yalnız öz dövrünün deyil, eyni zamanda günümüzün oxucusuna da xitab edə bilir.
Dostoyevskinin əsərləri arasında xüsusi yeri olan “Yeraltından qeydlər” xarakterin özü və xarici dünya ilə mübahisəsi kimi qiymətləndirilir. Özünü zəif, heyvan kimi faydasız hiss edən xarakter, digər insanları da düşüncəsiz, axmaq və yaşadıqları dünyadan xəbərsiz təsvir edir. O, bu insanlardan daha ağıllı və gözəl yaşamağa layiq olduğu halda qaranlıq yeraltında qalmağa və dünyaya oradan baxmağa məcburdur.

Səhifə sayı - 184
ISBN 978-9952-38-016-3
Cild - Yumşaq