Nadir şah - Nəriman Nərimanov - SizinKitab
SizinKitab

Nadir şah - Nəriman Nərimanov

Əsas qiymət 3.99₼
/

Nadir şah - Nəriman Nərimanov - SizinKitab


Quldurluqla məşğul olan bir şəxs gözlənilmədən bö-
yük sərkərdəyə çevrilir. Daha sonra şahlıq taxtına yiyələ-
nir. Bəs bütün bunlar necə baş verir? Oxucu süjet boyu
bu prosesi izləyir. Nadirin şəxsiyyət kimi kamilləşməsinə
şahidlik edir. Lakin saray intriqaları, əyanların qurduğu
hiylələr bu müzəffər şahı istəkli oğlunun cəlladına çevirir.
“Nadir şah” faciəsi səfəvi xanədanlığının çöküşü ilə
başlayır. Sultan Hüseyn Səfəvinin zəifliyi ölkədə ədalət-
sizliyə və özbaşınalığa rəvac verib. Şah Təhmasibin zama-
nında da heç nə dəyişmir. Nəticədə Nadir onu devirərək
səltənəti öz əlinə keçirir. Onun tragediyası da burdan
başlayır.
Pyes avam camaatı fanatizm və dini əsarətdən qur-
tarmağa, real düşünməyə çağırır. Eyni zamanda, vətənin
dirçəlməsi üçün ədalətli idarəçilik sisteminin vacibliyini
göstərir.

Səhifə sayı - 88
ISBN 978-9952-38-283-9
Cild - Yumşaq