Tanrının dili - Francis S. Collins. SizinKitab
SizinKitab

Tanrının dili - Francis S. Collins

Əsas qiymət 10.90₼
/

Tanrının dili - Francis S. Collins

“Templeton” mükafatı laureatı Frensis Kollinsdən bestseller

Adətən inancı qeyri-müəyyənlikdə, elmi də insanı maddi tərəfindən başqa, heç bir mənası olmayan həyatla məhdudlaşdırmaqda ittiham edirlər. Beləliklə, iki əks qütb kimi təqdim olunan elm və mənəviyyat arasında barışmaz müharibə yaranır.

“TANRININ DİLİ” kitabında elm və din arasındakı düşmənçiliyin yorğun stereotiplərini inkar edən Frensis Kollins oxucularını həm inancı, həm də rasionallığı əhatə edən biliyin vəhdətini tapmağa çağırır.

Həm inanclı, həm aqnostik, həm də ateistlər üçün yazılmış bu kitab sübut edir ki, ağrı və əzabların ortasında qərar tapmış insan, məntiqi addımlardan yayınmadan iman gücünə istinad etməklə sıxıntılardan qurtula bilər. Kollinsin inanc yolundakı şübhələrlə mübarizədən bəhs edən şəxsi hekayəsi də xüsusi maraq doğurur.

Bizi əhatə edən dünyaya baxışımızı formalaşdıracaq çoxsaylı yaradılış möcüzələri ilə tanış olmaq istəyirsinizsə, bu kitab mükəmməl seçimdir.

Məhsulun kodu: 9789952837452
Janr: Din
Nəşriyyat: Qədim Qala
Cild: Yumşaq
Müəllif: Francis S. Collins
Səhifə sayı: 248
dil: Azərbaycan