Qan haqqı - Müşfiq Abbasov - SizinKitab
SizinKitab

Qan haqqı - Müşfiq Abbasov

Əsas qiymət 12.00₼
/

Qan haqqı - Müşfiq Abbasov - SizinKitab

Kitab haqqında


Romandakı hadisələr iki əsas xətt üzrə cərəyan
edir. Biznesdə uğurlar əldə edən dostlardan birinin
səhvi hər kəsin həyatına təsir edir. İçində olan şeytani
hissləri boğa bilməyən Tərlanın hərəkətləri günümüzün
reallıqlarını xatırladır. O, xəyanəti yalnız onu
dünyalar qədər sevən həyat yoldaşına deyil, həm də
ən yaxın dostlarına edir. Heç kəsin gözləmədiyi halda
baş verən qətl hadisəsi isə hətta xəyanətkarları
da təəccübləndirir. Bu qətlə görə onlar mütləq cavab
verməlidirlər. Məhz bu dönəmlərdə ucqar rayonların
birində azyaşlı qız yoxa çıxır. Onun axtarışlarına
hər kəs cəlb olunsa da, bu bir nəticə vermir. Bir aydan
sonra kənddə meyit aşkar olunur. Yandırılmış
qız meyiti hər kəsi çox sarsıdır. Həmin meyitin azyaşlı
Səbinəyə məxsus olduğunu müəyyən edən istintaq
orqanı cinayəti törətməkdə Mahiri günahkar
bilərək həbs edir. İstintaq təcridxanasında Tərlanla
bir kamerada saxlanılan Mahirin gələcəyi isə yalnız
bir nəfərdən asılıdır. Əsərin sonunda qanunla
ədalətin mübarizəsi gedir. Qanun Mahirin, ədalət
isə Tərlanın taleyini müəyyən edir. Qətlə yetirilmiş
qardaşının qan haqqına sahib Çiçəyin qərarları qadın
qisasının fərqliliyini göstərir.

ISBN ISBN 978-9952-38-175-7


Ölçü 130x200


Cild Yumşaq


Səhifə sayı 224


Nəşr tarixi 2022