Zaman maşını - Herbert George Wells - SizinKitab
SizinKitab

Zaman maşını - Herbert George Wells

Əsas qiymət 4.50₼
/

Zaman maşını - Herbert George Wells    Bestseller

 “Zaman maşını” Herbert G.Wells ilk iri həcmli fantastik əsəridir. Gələcəyə səyahətdən bəhs edən romanın qəhrəmanı Zaman Maşınını icad edən Zaman Səyyahı bəşəriyyətin gələcəyini tədqiq etmək üçün gələcəyə yollanır. İnkişaf etmiş, parlaq və gözəl gələcək əvəzinə onu tənəzzül dövrünə qədəm qoyan dünya qarşılayır. Bəşəriyyət iki tam fərqli aləmə − Qaranlıq Dünyanın sakinləri morloklara və yer üzündə qayğısız həyat sürən eloylara bölünüb. Zaman Səyyahı gələcəkdə gözlənilmədən itirdiyi Maşınının axtarışları zamanı inanılmaz macəralar yaşayır, həmçinin özünə dost tapır. Zaman Səyyahı Bəşəriyyətin milyon illər ərzində keçdiyi yolu, uğradığı tənəzzülün səbəbləri və motivləri haqqında düşüncələrini paylaşır. Yenidən öz zamanına qayıdan Səyyah gələcəkdə səkkiz gün ərzində yaşadığı olayları dostlarına danışır və bunun sübutu kimi yenidən zamanın burulğanına atılır, lakin oradan bir daha qayıtmır. 

 


Janr: Uşaq ədəbiyyatı
Nəşriyyat: Qanun Nəşriyyatı
Müəllif: Herbert George Wells
Səhifə sayı: 160
dil: Azərbaycan