Məqsədlisən? - Nadir Adilov. SizinKitab
SizinKitab

Məqsədlisən? - Nadir Adilov

Əsas qiymət 8.90₼ Satış qiyməti 7.00₼
/

Məqsədlisən? - Nadir Adilov

Kitab müxtəlif yollarla inkişaf etmək istəyən, məqsədsiz və məqsədli baxışlara malik “yaxşı oğlan” və “ağıllı qız” obrazları üzərində qurulub. Məqsədli və məqsədsiz işgüzar inkişaf baxışlarına malik, eyni yaşda olan, eyni məktəbdə oxumuş, hətta universitetdə eyni ixtisasa qəbul olan iki güclü tələbə gəncin həyat tərzi qarşılıqlı müqayisə edilir və nəticə çıxarmaq oxucuların ixtiyarına verilir. “Yaxşı oğlan” yaxşı oğlan və yaxşı qızları, “ağıllı qız” isə ağıllı qız və ağıllı oğlanları təmsil edir. Amma hansı kateqoriya nümayəndəsinin işgüzar inkişaf üçün önəmli obraz olduğunu oxucu özü müəyyənləşdirməlidir. Gənclərin işgüzar inkişafına kömək edəcək bu kitab çox sadə dildə yazılıb. Kitabda işgüzar inkişafın müxtəlif mərhələlərində olan və müəllifin də şəxsən tanıdığı şəxslərin həyatındakı real hadisələrə də yer verilib.

Azərbaycan dilində

ISBN: 978-9952-313-56-7

Yumşaq üz qabığı

200 səhifə

Ölçü: 125x185 mm

Qiymət: 7.00 AZN