Dünyanın arşını - Daniel Keelman. SizinKitab
SizinKitab

Dünyanın arşını - Daniel Keelman

Əsas qiymət 10.90₼ Satış qiyməti 9.90₼
/

Dünyanın arşını - Daniel Keelman

Qeyri-adi, fantaziya ilə dolu, təsirli, parlaq bir fəlsəfi macəra romanı... Daniel Keelmanın bu əsəri haqda ilkin qənaət belədir. Keelman iki dahinin, alman maarifçiliyinin iki böyük nümayəndəsinin – riyaziyyatçı Karl Fridrix Qauss və təbiətşünas Aleksandr fon Humboldtun həyatını, arzu-istəklərini, zəif cəhətlərini, onların gah sadəlövhlüyün, gah da dahiliyin zirvəsinə ucalmasını, uğursuzluqlarını və uğurlarını incə bir yumorla təsvir edir.

− İlk baxışda macəra təsiri bağışlayan “Dünyanın arşını” romanı dərin fəlsəfi mahiyyət kəsb edir və Aleksandr fon Humboldtla Karl Fridrix Qaussun şəxsində yalnız alman ziyalısının tipik milli xüsusiyyətlərini canlandırmır, eyni zamanda insanları düşündürən bir sıra mətləbləri gah yumorla, gah da ciddi təhkiyə tərzi ilə ön plana çəkir.

Azərbaycan dilində


ISBN: 978 9952 532 85 2

Yumşaq üz qabığı

336 səhifə

Ölçü: 120x185 mm

Qiymət: 9.90 AZN


Müştəri rəyləri

Hələ rəy yoxdur Rəy yazın