Böyük ümidlər - Çarlz Dikkens. SizinKitab. Klassik kitablar. Sizin kitab
SizinKitab

Böyük ümidlər - Çarlz Dikkens

Əsas qiymət 11.00₼
/

Böyük ümidlər - Çarlz Dikkens

Yeddi yaşlı Pip böyük bacısının evində yaşayır. Bacısı çox kobud və köntöy qadındır, Pipin gününü qara edib, onu yeri gəldi-gəlmədi kötəkləyir. Elə dəmirçi əri Co Qarcerini də tez-tez döyüb-söyür. Zavallı uşaq tez-tez qəbiristana qaçıb ata-anasının məzarını ziyarət edir. Bir gün də orada həbsdən qaçmış bir məhkumun əlinə keçir. Ayaqları qandallı məhkum Pipi ölümlə hədələyərək ondan törpü və yemək gətirməyi tələb edir, vədinə əməl etməyəcəyi təqdirdə ölümlə hədələyir. Uşaq qorxusundan onun dediklərini edir. Səhərisi gün isə həmin qaçaq məhkum həbs olunur. Burada ilk baxışda qeyri-adi heç nə yoxdur. Əslində isə bu hadisə Pipin bütün sonrakı həyatını dəyişir. Əvvəlcə miss Hevişem adlı zəngin tənha qadının malikanəsinin qapıları Pipin üzünə açılır. Sonra hansısa sehrli əl bu kasıb və yetim uşağı böyük var-dövlət sahibinə çevirir və Londonun kübar insanlarının arasına atır. Gənc Pip bütün pullarını sağa-sola səpələyib miskin vəziyyətə düşəndə, əli hər yerdən üzüləndə onun qaldığı evə qəfildən sirli bir qonaq gəlir...

Azərbaycan dilində

ISBN: 978 9952 532 86 9

Yumşaq üz qabığı

564 səhifə

Ölçü: 130x198 mm

Qiymət: 11.00 AZN