Cəld və yavaş düşünmək - Daniel Kaneman - SizinKitab
SizinKitab

Cəld və yavaş düşünmək - Daniel Kaneman

Əsas qiymət 15.90₼
/

Cəld və yavaş düşünmək - Daniel Kaneman

Məqsədyönlü qərarları və qərarvermə prosesini araşdıran və psixologiyaya dair baxışlarımızın üfüqlərini genişləndirən əsəri ilə 2002-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Daniel Kaneman özünə müasir dövrün ən tanınmış mütəfəkkirləri arasında yer qazanıb. Düşüncələri ilə iqtisadiyyat, tibb və siyasət də daxil olmaqla bir çox elm sahələrinə ciddi təsir göstərmiş alim bu kitabında illərlə davam etdirdiyi araşdırmalarının nəticələrini toplayıb.

Kitab oxucunu sanki bir “düşüncə səyahəti”nə çıxarır və fikirlərimizi idarə edən iki sistemi izah edir: sürətli, intuitiv və emosional olan I sistem və daha yavaş, daha təmkinli və daha məntiqli olan II sistem. Daniel Kaneman sürətli düşünməyin fövqəladə faydalarını, eyni zamanda çatışmazlıqlarını və şüurlu (koqnitiv) tərəfkeşliyini də diqqətə çatdırır. Bundan başqa, intuitiv təəssüratlarımızın düşüncə və davranışlarımıza təsirlərini də izah edir. Yanılma (səhv etmə) qorxusunun, ya da əksinə, həddən artıq özünəinamın fəaliyyət strategiyalarına nə dərəcədə təsir göstərdiyini, gələcəkdə bizi nəyin xoşbəxt edəcəyini proqnozlaşdırmaqda niyə bu qədər çətinlik çəkdiyimizi, birja oyunlarından tutmuş növbəti tətilimizi harada keçirəcəyimizə qədər həyatın bütün sahələrində təəssübkeşliyimizin necə həlledici rola malik olduğunu görürük.

Oxucu ilə sanki canlı söhbətə girən Kaneman intuisiyamıza nə vaxt güvənib-güvənməyəcəyimizi və yavaş düşünməyin nə zaman daha faydalı olacağını öyrədir. İş və şəxsi həyatımızda necə seçim edə, necə davrana və bizə problemlər yaradan yanlış qərarlardan qaçmağın fərqli metodlarından necə yararlana biləcəyimizi göstərir. “Cəld və yavaş düşünmək” düşünməklə bağlı təsəvvürlərinizi kökündən və birdəfəlik dəyişəcək.

Azərbaycan dilində



Yumşaq üz qabığı

620 səhifə

Ölçü: 140x210 mm