Bir ümiddir yaşamaq - Rahim Telman Sadiqbəyli - SizinKitab
SizinKitab

Bir ümiddir yaşamaq - Rahim Telman Sadiqbəyli

Əsas qiymət 8.00₼
/

Bir ümiddir yaşamaq - Rahim Telman Sadiqbəyli - SizinKitab

Kitab haqqında

Dəyərli oxucularım, kitabların əvvəlindəki bu “müəl­lifdən” bölümünü heç sevmirəm. Həmişə kitab oxu­yan­da, bu yerini sonraya saxlayıram. Bütün kitab elə müəllifdən deyil ki? Buranı adlayıb yazmaq istəmirdim, amma sonunda belə qərara gəldim ki, müəllifdən müqəddimə mütləq yerini almalıdır, çünki oxuyacağınız fərqli bir əhəmiyyəti olan bədii əsərdir. İthaf olsa da, bu, mənim, yəni müəllifin yaradıcı təxəyyülünün məhsuludur. Bəzi faktlar da var əlbəttə, amma mən tanıdığım insanlardan prototip olaraq bəhrələnərək, yaratdığım süjet xəttini bildiyim faktlarla zənginləşdirərək, onu daha da həyatiləşdirməyə, reallığa yaxınlaşdırmağa səy göstərmişəm. Alınıb-alınmadığına siz qərar verəcəksiniz. Təsəvvür edin ki, qaranlıq zalda popkorn yeyərək bədii film seyr edirsiniz. (Popkorn yeni dəbdir. Bizim vaxtımızda açıq havadakı kinoteatrlarda qarğıdalı partlağı yerinə çox vaxt tum çırtlayardıq.) İzlədikdən sonra isə təəssüratlarıızdan məni bu və ya başqa yolla agah edin. Zəmanəmizdə təyinatı bunun üçün uyğun olan o qədər sosial şəbəkə var ki.
Beləliklə, kino başladı!

ISBN ISBN 978-9952-38-000-2


Ölçü 130x200


Cild Yumşaq


Səhifə sayı 208


Nəşr tarixi 2021