Züleyxa gözlərini açır - Güzəl Yaxina - SizinKitab
SizinKitab

Züleyxa gözlərini açır - Güzəl Yaxina

Əsas qiymət 11.90₼
/

Züleyxa gözlərini açır - Güzəl Yaxina - SizinKitab

Kitab haqqında

Hər şey 1930-cu ilin qışında, gözdən-qulaqdan uzaq bir tatar kəndində başlayır.
Züleyxa on beş yaşından bəri olduqca zalım və kor qayınanası, özündən xeyli yaşlı əriylə birlikdə yaşayır. Gözlənilmədən həyat məhvərindən çıxır, inqilab baş verir, ucqar bölgələri belə nəzarətə götürən sovet əsgərləri Züleyxanın ərini öldürürlər, qayınanası ölümcül təkliyə məhkum olur. Züleyxanı isə müxtəlif zümrədən, dindən olan insanlarla birlikdə Uzaq Sibirə sürgün edirlər.
Bəs Züleyxanın həyatında nə dəyişir? Taleyi Züleyxa üçün hansı gözlənilməzlikləri hazırlayıb?
Güzəl Yaxina öz romanında bir qadının faciəsindəki və ruhunun oyanışındakı bütün xırdalıqları zərif xətlərlə qabardaraq ustalıqla təqdim edir. Qadın Tanrıya qarşı, qadın təbiətə, sevgiyə, ehtiyaca və arzulara, nəhəng iblis kimi dünyanın az qala bir üzünü örtən yeni zülmün hökmünə qarşıdır, silahını hara tuşlayacaqsa, dəqiq nişan alacaq və öz ovunu ürəyindən vuracaq. Qadın bütün duruşu və əzəmətiylə həyat uğrunda mübarizə apardığı hər şey üzərində qalibiyyət əldə edəcək. Görəsən bu gecikmiş qələbə nəyəsə yarayacaqmı?..
Səhifə sayı - 424
9789952367089
Cild - Yumşaq