Vaxtın idarə edilməsi - Harvard Biznes Məktəbi - SizinKitab sizinkitab mağazası
SizinKitab

Vaxtın idarə edilməsi - Harvard Biznes Məktəbi

Əsas qiymət 4.20₼
/

Vaxtın idarə edilməsi -  Harvard Biznes Məktəbi - SizinKitab

Bütün işlərinizi tamamlamaq üçün heç vaxt kifayət qədər zaman tapmadığınızı düşünürsünüz? Gözünüzü tapşırıqlarınızdan, dedlaynlarınızdan və iş rejiminizdən çəkməmək sizi usandıra biler. "Vaxtın idarə edilməsi" kitabı sizi idarəetmənin əsasları ilə tanış edəcək. Bu kitabdan:
vaxtınızı necə keçirdiyinizi elə indicə dəyərləndirməyi;
tapşırıqlarınızı prioritetlər üzrə sıralamağı,
hər bir tapşırıq üzərində çalışmağınız üçün vaxtı düzgün bölüb planlaşdırmağı;

maneələrdən və yubanmalardan çəkinməyi öyrənəcəksiniz.

20 dəqiqəlik menecer seriyası

Vaxtınız çox deyil? Başlıca biznes biliklərini ən qısa müddət ərzində əldə edin. Intensiv kurs və ya qısamüddətli təkmilləşdirmə proqramı axtarmağınızdan asılı olmayaraq iddialı peşəkarlar və müdirlər üçün fundamental qiraət materialı olan HBR-in "20 dəqiqəlik menecer" seriyasında məhz istədiyinizi tapacaqsınız. Kitabların hər biri yığcam, praktik vasitə olduğundan yaddaşınızı idarəçilik haqqında müxtəlif fundamental mövzularla təzələməyə vaxt qazanacaqsınız.

Biznesdə ən etibarlı mənbədən əlüstü oxuya və dərhal tətbiq edə biləcəyiniz tövsiyələr. E-kitab versiyalarını da əldə etmək mümkündür.

Azərbaycan dilində

Yumşaq üz qabığı

104 səhifə

Ölçü: 128x178 mm