Təxminən iyirmi beş il bundan əvvəl serjant Qorçilinin bölməsi Əfqanıstan dağlarında düşmənlərin sayca üstün olan qüvvələrilə vuruşmuşdu. Bu qırğından hamı sağ çıxmamışdı, salamat qalanlar isə bu hadisələri yada salmamağa çalışırdılar. Ancaq keçmiş özü özünü xatırlatdı… Artıq bizim dövrümüzdə kimsə həmin döyüşdə iştirak edən keçmiş əsgərləri müntəzəm surətdə və amansızcasına öldürməyə başladı. Nə üçün? Bu kimə və nəyə lazımdır? Hətta ekspert-analitik Dronqo da bu suallara cavab tapa bilmir- hələlik o yalnız qatili qabaqlamağa və sağ qalmış əsgərləri xilas etməyə çalışır. Ancaq hər dəfə məşhur eksperti bir addım qabaqlayan dərrakəli və məharətli killer geri çəkilmək fikrində deyil…