Təbriz miniatür sənəti - Cəmilə Həsənzadə - SizinKitab
SizinKitab

Təbriz miniatür sənəti - Cəmilə Həsənzadə

Əsas qiymət 65.00₼
/

Təbriz miniatür sənəti - Cəmilə Həsənzadə - SizinKitab 

Azərbaycanın xalçaçılığı, muğamı və zəngin memarlıq irsi ilə yanaşı orta əsrlər Azərbaycan incəsənətinin ən parlaq səhifələrindən olan XIV-XVI əsrlər Təbriz miniatür boyakarlığı nəinki orta əsrlər müsəlman sivilizasiyasını, hətta bütün dünya incəsənətini misilsiz dərəcədə zənginləşdirib. Təbriz miniatürləri təkcə Azərbaycanın orta əsrlər incəsənətinin zirvəsi deyil, həm də dünya mədəniyyəti tarixinin ən parlaq səhifələrindən biridirBu monoqrafiyada Təbriz rəssamlarının dünyanın ən böyük muzey və kitabxanalarında saxlanılan və bəşər mədəniyyəti xəzinəsinin qızıl fonduna daxil edilən əsərlərindən bəhs olunur. Müəllif əvvəllər haqqında çox səthi və qısa məlumat verilmiş XIV əsr rəssamları Əhməd Musa, Şəmsəddin Təbrizi və Əbd əl-Xayy kimi dahi sənətkarların yaradıcılığınıhabelə XV əsr Qaraqoyunlu və Ağqoyunlu dövlətləri zamanındakı unikal əsərləri daha dərindən tədqiq edib, Səfəvilər dövrü miniatür məktəbi tarixini xeyli yeni materialla zənginləşdiribBu kitabda verilmiş illüstrativ materiallar da yenilənib. Tədqiqat işində Türkiyə, Qərbi Avropa ölkələri və Rusiyadakı zəngin kolleksiyalardan istifadə olunub.

Azərbaycan dilində


ISBN: 978 9952 310 95 5

Bərk üz qabığı

364 səhifə

Ölçü: 252x301 mm

Qiymət: 65.00 AZN