SizinKitab
Satış psixologiyası - Brian Tracy
Əsas qiymət 9.99₼/
Satış psixologiyası - Brian Tracy - SizinKitab
Kitab haqqında
Bu kitabda öyrənəcəyiniz strategiya və üsullar da qaçış trenajoru kimidirlər. Məsələ onların işə yarayıb yaramadığında deyil. Onlar hamısı ən uğurlu satıcılar tərəfindən dəfələrlə praktikada tətbiq edilmiş və sınaqdan keçirilmişdir. Onlardan nə qədər çox istifadə etsəniz bir o qədər yaxşı mənimsəyər və bir o qədər yaxşı nəticələr əldə edə bilərsiniz. Kitabda öyrənəcəklərinizi praktikada tətbiq etməklə öz sahənizin ən uğurlu və gəlirli insanları sırasına qatılacaqsınız.
Amerikada öz hesabına varlanmış milyonçuların yetmiş dörd faizi öz biznesini qurmuş və inkişaf etdirmiş insanlardır. Onlr heç kimin ağlına gəlməyən məhsul və ya xidmət düşünürlər və öz bizneslərini qururlar. Və biznesmen üçün ən vacib bacarıq satmaq bacarığıdır. Yerdə qalan bütün işləri başqalarına həvalə etmək olar. Lakin, satış bacarığı şirkətin uğurlu və ya uğursuz olacağını müəyyən edən əsas faktordur. Amerikada öz hesabına milyonçu olmuş insanların beş faizi bütün ömürləri boyu başqa bir şirkət üçün işləmiş satıcılardır. Satıcılar bu gün Amerikada ən çox gəlir əldə edən insanlar arasındadırlar, onlar çox zaman doktorlardan, vəkillərdən, arxitektorlardan və prestijli peşə sahiblərindən çox qazanırlar.
ISBN ISBN 978-9952-36-793-5
Ölçü 120x185
Cild Yumşaq
Səhifə sayı 312
Tərcüməçi Aqil Hacıyev