Öz daxili aləminin qaranlığında gəzib-dolaşan “çamadansız yolçu”, yaddaşını itirmiş bir adam... Lüt-üryan bir adamın cəsədi.. Hadisə yerinə polis tərəfindən çağırılan psixiatr Matias Frer... Polis yaddaşını itirmiş adamı danışdırmaq istəyəndı Matias özünün də eyni psixi xəstəlikdən əziyyət çəkdiyinin fərqinə varır. Matias Frer Bordoda yaşayır, bir psixiatriya klinikasında çalışır. Növbətçi olduğu gec yaddaşını itirmiş bir adamı klinikaya gətirirlər. Ertəsi gün isə həmin ərazidə bir cəsəd tapılır. Gənc bir narkotk aludəçisinin cəsədi... Onun bədənində heç bir xəsarət izi yoxdur. Matias pasiyenti ilə xüsusi olaraq məşğul olur. Onun pasiyenti hipnoz sayəsində öz keçmişi ilə bağlı bəzi şeyləri xatırlayır. Ancaq sonradan həkim bütün bu söylənənlərin uydurma olduğunu öyrənir və başa düşür ki, pasiyenti aldığı
travmalardan sonra özündən qaçmaq üçün yeni bir insan, yeni bir personaj yaratmağa çalışır... Matias axtarışlara başlayır, o özünü axtarır. Özü haqda öyrnml olduğu çox şeylər var. Görəsən, axtarılan qatil onun özüdürmü?