SizinKitab
Dünyanın dayaqları - Ken Follett
Əsas qiymət 24.99₼/
Dünyanın dayaqları - Ken Follett - SizinKitab
Kitab haqqında
Şotlandiyalı yazar Ken Follettin “Dünyanın dayaqları” tarixi romanı 1989-cu ildə dərc olunub və əsərdə İngiltərənin müəllif tərəfindən uydurulmuş Kinqzbric adlı şəhərində kafedral kilsə tikintisindən bəhs edilir. On ikinci yüzillikdə baş verən hadisələr “Ağ gəmi”nin batması nəticəsində İngiltərə taxt-tacının varisi Tomas Beketin ölümüylə başlayır, ancaq diqqət daha çox anarxiya üzərində cəmləşdirilir. Romanda əski Romanesk memarlığından Qotik memarlığına keçid mərhələsi təsvir olunur və dövrün qanla, savaşla dolu tarixi hadisələri fonunda Kinqzbricin bəxti gətirmiş olur: nəhəng kilsə tikintisi bu şəhərə çoxlu insan cəlb edir. Oxucu bütün əsər boyu yoxsul bənnanın iş tapmaq üçün öz ailəsiylə birlikdə çıxdığı ağır səyahəti, yolda başına gələn macəraları və nəhayət, kiçik Kinqzbric qəsəbəsində məskən salaraq, nəhəng kilsənin tikintisində iştirakını izləyir. Yoxsulların ağır, məşəqqətli həyatı, onların fonunda qrafların və yüksək titullar daşıyan din xadimlərinin var-dövlət uğrunda apardığı intriqalar, ixtilaflar oxucunu əsərin sonuna kimi həyəcanda saxlayır.
Səhifə sayı - 896
ISBN 978-9952-38-011-8
Cild - Yumşaq