Beynəlxalq triller müəllifi Skandinaviyanın bir sahil kəndində baş verən dəhşətli qətlin təfsilatı ilə oxucunu az qala elektrik gərginliyinə bağlayır. Erika Falk ata-anasının ölümündən sonra öz doğma kəndinə, İsveçin kiçik və ucqar Felbakka kəndinə gəlir və burada başqa bir faciə ilə rastlaşır: qadının uşaqlıq rəfiqəsi Aleks intihar edib. Aleksin nəşini də o özü tapır – hamam vannasının dondurulmuş suyunda, biləkləri doğranmış halda. Erika ağlına sığışdıra bilmir: hər şeyi olan gözəl bir qadın canına niyə qıysın? Polis detektivi Patrik Hedstromla birlikdə onlar Aleksin uşaqlıq həyatından dəhşətli şeylər öyrənirlər. Baş verənləri öyrəndikcə Erika və Patrikin marağı onları bir-birinə daha da yaxınlaşdırır, flört və eşqbazlıq qarşısıalınmaz cazibə ilə onları ağuşuna alır. Tezliklə bir şey aydın olur: qətlin sirri açılmaqdadır, amma kimsə var ki, buna mane olmağa, hətta bunun üçün daha birisini öldürməyə hazırdır.