İmadəddin Nəsimi Orta əsr mənbələrində və ədəbiyyatşünaslıqda - Fəridə Əzizova - SizinKitab
SizinKitab

İmadəddin Nəsimi Orta əsr mənbələrində və ədəbiyyatşünaslıqda - Fəridə Əzizova

Əsas qiymət 15.00₼
/

İmadəddin Nəsimi Orta əsr mənbələrində və ədəbiyyatşünaslıqda - Fəridə Əzizova - SizinKitab

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şəxsiyyəti təkcə ədibin yaşayıb-yaratdığı illərdə (1369-1417) onun müasirlərində deyil, sonrakı yüzilliklərdə də ciddi maraq doğurub və tədqiqat obyekti olub. Kitabda şairin həyatı, doğulduğu və vəfat etdiyi məkan, eləcə də gəzib-dolaşdığı tarixi yerlər, həm Orta əsrlər, həm də nisbətən yaxın dövr müəlliflərinin verdiyi bir çox digər bioqrafik təfsilatlar haqqındakı ən müxtəlif fikirlər araşdırılır. Müəllif şairin irsinin öyrənilməsində XIX əsrin sonları XX əsrin əvvəllərində irəli sürülmüş və XX yüzilliyin ortalarında ölkənin bütün aparıcı alimləri tərəfindən qəbul edilmiş vahid tədqiqat konsepsiyasının məqsədəuyğunluğunu qeyd edib. Bu konsepsiya İmadəddin Nəsiminin Azərbaycan xalqına mənsubluğunun danılmaz fakt olduğunu dünya şərqşünaslığının diqqətinə çatdırmaq üçün şairin yaradıcılığının tarixi-coğrafi aspektdə: Yaxın Şərq (türk), Azərbaycan, nəhayət, Şirvan kontekstində araşdırılmasını nəzərdə tutur.

Azərbaycan dilində


ISBN: 978 9952 532 19 7

Bərk üz qabığı

176 səhifə

Ölçü: 130x198 mm

Qiymət: 15.00 AZN