Gil kitab - Oljas Süleymenov. SizinKitab
Gil kitab - Oljas Süleymenov
Gil kitab - Oljas Süleymenov. SizinKitab
Gil kitab - Oljas Süleymenov
SizinKitab

Gil kitab - Oljas Süleymenov

Əsas qiymət 13.90₼ Satış qiyməti 11.20₼
/

Gil kitab - Oljas Süleymenov

Oljas Öməroviç Süleymenov qazax torpağının yetişdirdiyi ən məşhur şairdir. Onun poeziyası qazax xalqının həyatının ayrı-ayrı səhifələrini əks etdirir, bu xalqın yaşadığı həm sevincli, həm də kədərli hadisələri tərənnüm edir. Qazax xalqının ruhunu məhz Süleymenov poeziyası sayəsində daha dərindən duymaq olar - onun şeirləri xalqın ruhu ilə yoğurulub.
Şair SÖZlə məharətlə davranır, ondan ustalıqla istifadə edir. Gördüklərinin və eşitdiklərinin mənzərəsini SÖZlə daha dolğun çəkə bilir. Bununla da oxucunu SÖZ rəssamının düşüncələrinin daha dərin və gizli qatlarını anlamağa məcbur edir.
Söz rəssamı ilə zaman, keçmişlə indi arasındakı bütün bağlar "Gil kitabə"də xüsusilə aydın şəkildə nəzərə çarpır. Müəllifin bədii təxəyyülü və poetik baxışları onun öz xalqının tarixi taleyini və digər xalqlarla əlaqələrini, bu tarixin müasir dövrün mənzərələri ilə gözəgörünməz bağlarla necə bağlanıb çulğaşmasını əhatə edir.
Bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. "Gil kitabə" şairin yaradıcılığını sevən və ona yüksək qiymət verən oxucular üçün şübhəsiz ki, çoxdan gözlədikləri dəyərli hədiyyə olacaq.

Azərbaycan dilində


ISBN: 9789952494815

Yumşaq üz qabığı

172 səhifə

Ölçü: 130X205 mm