Zəngəzur (Birinci kitab) - Əyyub Abbasov - SizinKitab
SizinKitab

Zəngəzur (Birinci kitab) - Əyyub Abbasov

Əsas qiymət 15.99₼
/

Zəngəzur (Birinci kitab) - Əyyub Abbasov - SizinKitab

Kitab haqqında


Roman daşnak dəstələrinin Zəngəzurda törətdiyi qırğınlardan bəhs
edir. Hadisələr son dərəcə geniş və ətraflı təsvir olunur. Baş verən qırğın-
ların təkcə bədii təsviri verilmir, həm də erməni şovinizminin “haradan
qaynaqlandığı” gah açıq, gah üstüörtülü dillə ifadə olunur. Yazıçı fakt
və dəlillərlə, eləcə də şahidi olduğu hadisələrin köməyi ilə ermənilərin
məkrli siyasətini ifşa edir. Onların rəhbərlərinin rəzil portretlərini realist
lövhələrlə yaradır.
Ötən əsrin ortalarında çap olunan roman böyük səs-küy doğurmuş-
du. Onu Ermənistan kitabxanalarından yığışdırmışdılar. Bəzi ermənilər
isə əsəri tərifləyərək millətlərin qardaşlığına töhfə kimi dəyərləndirirdi.
Təbii, “Zəngəzur”un sovet boyunduruğundan salamat çıxması üçün
müəllif əsərində dostluq, qonşuluq motivlərinə geniş yer vermişdi.
Əslində elə müharibəni pisləmək, fitnə-fəsada bais olanları tənqid etmək
hər bir yazıçının vəzifəsidir. Bu mənada müəllif bütün xalqların sülh,
əmin-amanlıq içində yaşamasını arzulayırdı. Öz millətini cinayətə təhrik
edən birinci növbədə elə öz millətinin düşmənidir.
Roman tarixdən dərs götürmək üçün bənzərsiz bir nümunədir və hər
kəsin kitabxanasında olması vacibdir.

ISBN ISBN 978-9952-38-263-1

 

Ölçü 145x210


Cild Yumşaq


Səhifə sayı 504


Nəşr tarixi 2022