SizinKitab
Türkiyədə danışır Bakı - Gülnar Əhməd
Əsas qiymət 12.99₼/
Türkiyədə danışır Bakı - Gülnar Əhməd - SizinKitab
Kitab haqqında
Bir mühacirin mücadiləsi“Türkiyədə danışır Bakı” romanında oxucu əvvəlcə 1980-ci ilin 12 sentyabr səhəri Türkiyədə mühacir azərbaycanlı ailənin hər an həbs olunacağını gözləyən üzvünün narahat vəziyyəti ilə tanış olur. Romanın baş qəhrəmanı orta yaşlı Orxan çevrilib arxaya, Nəqşibəndi təriqətindən olan atalarının Çar sürgünündən başlayaraq 12 sentyabra qədər gəldiyi yola baxır.
Bu uzun, nahamar yolda ailənin üzvlərinin qarşılaşdığı hadisələr Rusiya İmperiyası, Osmanlı İmperiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Türkiyə Cümhuriyyəti, Azərbaycan Sovet Sosialist Respublikası və Azərbaycan Respublikasında baş verir.
Bəlkə heç ataları mühacirliyi seçməməliydi? “Niyə bu torpaqda doğuldum?”
Orxan daha sonra çevrilib öz keçmişinə, bir hissəsi Stalin repressiyalarında məhv olmuş babasına, əmilərinə; anasının dindar ailəsinə, millətçi atanın məcburən solçu olan, amma sürgündəki qohumlarına görə bolşeviklərə nifrətlə böyüyən oğluna – özünə baxır. Özünü tanıyandan başladığı ideallar uğrunda mübarizəyə davam etsin, yoxsa geriyə çəkilib Çar kazaklarının ayağı altından sağ çıxmış ailəsinin çətinliklə xilas etdiyi davamçılarını qorusun?
Orxan SSRİ-nin çöküşü ərəfəsində gəzdiyi ucsuz-bucaqsız Rusiyanı və ahıl yaşlarında səfər etdiyi Azərbaycanı tanıyır. Bundan sonra atalarının mühacirlik seçiminə münasibəti müəyyənləşir.
Romandakı içtimai-siyasi xadimlərin (Mustafa Vəkilov, Rəhim Vəkilov, Əhməd Cəfəroğlu, Vəfa Quluzadə, Mirvarid Dilbazi və s.) dialoqları orijinalda olduğu kimi saxlanılıb.
Səhifə sayı - 368
ISBN 978-9952-38-199-3
Cild - Yumşaq