Torpağın bərəkəti - Knut Hamsun - SizinKitab

Torpağın bərəkəti - Knut Hamsun

6.40₼
Məhsul haqqında

Torpağın bərəkəti - Knut Hamsun - SizinKitab


Kitab haqqında

«Torpağın bərəkəti» (1917) romanı XX yüzil dünya ədə­biy­ya­tı­nın ən monumental epik əsərlərindən biridir. Əsərin təhkiyəsi onun qəhrəmanlarının həyatı kimi aramlı və sakitdir. Boş, heç kəs tərəfindən becərilməyən dövlətə məxsus meşəlik sahəyə İsaak adlı bir adam gəlib burada işləməyə başlayır. Bir müd­dət­dən sonra onun yanına bataqlıqdakı cığırdan keçərək İnger adlı bir qadın da gəlir. Əvvəlcə o, İsaakın yanında işçi kimi çalışır, sonra isə onlar evlənirlər…
İsaak və İngerin düşüncələri, duyğuları, zəhmət və xoşbəxtlik dolu həyatlarıtək sadə olsa da, primitiv deyil. Lakin İnger təzə doğulmuş dovşandodaq qızını tələf etdiyi üçün həbs olunur və İsaak yeddi il tək qalmalı olur.
Roman ürəyində torpaq sevgisi olanlara mənəvi qida verir. Hamsun açıq publisistikaya müraciət etmədən, sırf bədii va­si­tə­lər­­dən istifadə etməklə kənd həyatının şəhərdən üstünlüyü ide­ya­sını irəli sürür. Onun torpağa bağlı olan bütün qəh­rəman­la­rı həyatın çətinliklərinə və sınaqlarına əzmlə sinə gərirlər. Doğ­ma torpaqdan uzaq düşənlər isə narahat, qeyri-sabit həyat sü­rərək bədbəxt insanlara çevrilirlər.
Əsər çox böyük uğur qazanaraq, 1920-ci ildə Nobel sülh mü­ka­­fa­tına layiq görülmüş, dünyanın əksər dillərinə tərcümə olunaraq müəl­lifinə dünya şöhrəti qazandırmışdır.
Səhifə sayı - 456
978-9952-26-562-0
Cild - Yumşaq

Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın